48
“Quba” xalçası ən qədim çeşnilərdən biridir. Bu xalça Quba rayonunun Atuc kən­
dində toxunmuşdur. Xalça yundan toxunub, əl işidir, toxuma texnikası türkbafdır.
Xalça ara sahə və yeləndən ibarətdir. Yelən hissəsini dörd müxtəlif ölçülərdə olan
cərgə təşkil edir. Hər bir cərgənin öz müstəqil haşiyə naxışları var. Kənardan baş­
layan ilk haşiyə zolağını dinamik şəkildə ardıcıl təkrarlanan “qarmaq” elemen­
ti bəzəyir. Bu element quş caynağını xatırladır. Azərbaycan ərazisində quş qədim
inanclara görə müqəddəs sayılmışdır. Arxeoloji qazıntılar nəticəsində tapılmış du­
lus­­çuluq nümunələri üzərində quşların ağacla eyni məkanda təsvir olunduğuna
rast gəlinir. Quş ilkin dövrlərdə mistik təsəvvürləri ifadə edirdi, bu baxımdan da
sənət əsərləri üzərində daha çox təsvir edilmişdir. Sonralar bu müqəddəslik dam­
ğalar halına keçir, yəni 24 oğuz boyuna rəmzi olaraq 24 quş obrazı himayədarlıq
edir. Sənətdə də bu müqəddəs varlıqlar müxtəlif cür təsvir edilirlər. Məsələn, bəzən
xalçalarda çox realist şəkildə (ara sahədə olduğu kimi), bəzən isə detallar halında
toxunurlar.
İkinci və üçüncü haşiyə zolağı nəbati elementlərlə bəzədilib. Son haşiyə zolağının
daxili hissəsi “ziqzaq” formalıdır. Bu elementə də daha çox haşiyə zolağı na­xışların­
da rast gəlinir. “Ziqzaq” isə öz növbəsində səma cisimlərinə sitayiş edildiyi zaman­
lara aiddir, insanlar şimşəyin çaxma səbəbini bilmədikləri üçün ondan qorxur, ona
sitayiş edirdilər.
Xalçanın ara sahəsi çox zəngin naxışlarla bəzədilib. Mərkəzdə uzunsov altıbucaq­
lı göl yerləşdirilib. Onun içərisində isə beş ədəd gül təsviri toxunubdur. Göllərin
ətrafı, üzəri büsbütün müxtəlif formalı və ölçülü quşlarla bəzədilib. Onların ara­
sında taclı, dördayaqlı, ikibaşlı, ördək, göyərçin və s. təsvirlər fərqli formalardadır.
“Quba” xalçası çox orijinaldır. Xalça xalq sənətinin ən dəyərli klassik nümu­nə­lə­
rindən biri sayıla bilər.
Rəng baxımından xalça üzərində sirli naxışlar toplandığı kimi isti kolorit də hiss
edilir.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...84