52
Xalça Qusar rayonunun İmamqulukənd kəndində toxunmuşdur. Xalça əl işidir.
Yundan toxunub. Bu ölçüdə kiçik xalçalara keçmişdə “puştu” da deyilirdi. Bu növ
kiçik xalçalar məxsusi divar üçün, oturacaq taxtın arxa hissəsi üçün toxunurdu. Klas­
sik Quba toxuculuq ənənəsi ilə toxunub. Bir yeləndən və şəkəri rəngli ara sahədən
ibarətdir. Xalça peşəkar səviyyədə toxunub. Haşiyə zolağını bəzəyən naxışlar həm
biçiminə, həm də rənglərinə görə simmetriya təşkil edir. Haşiyə naxışları nəbatidir,
yəni stilizə edilmiş çiçəkləri xatırladır və bu çiçəkləri bir-birindən ayıran budaq for­
malı zoğlardır. Xalçanın haşiyə zolağı orijinaldır. Üslub baxımından “Zeyxur” xal­
ça­larına məxsus bədii ənənəni qoruyub saxlasa da, ifa tərzi baxımından yenidir.
Xalçanın ara sahəsində iki ədəd girintili - çıxıntılı formalı göl toxunub. Bu göllər
iç-içə həm üfüqi, həm diaqonal, həm də şaquli istiqamətdə yerləşmiş qollardan
ibarətdir. Bəzən bu diaqonal istiqamətdə olan qolları şərti olaraq “Xətai” adlan­
dı­rırlar. Bu da orta əsrlərdə qızılbaşlara məxsus çalmaların üzərindəki zolaqlarla
əlaqələndirilir. Lakin əgər bu göllərə səkkizbucaqlı ulduz kimi baxılsa, onda onların
çox asanlıqla astral inanclarla bağlı olduğu təyin edilər.
Eyni zamanda, xalçanın açıq rəngli ara sahəsi üzərində nəbati elementlər, kön­
dələn formalı “S” işarəsi, budaqlar və s. təsvir edilib. Hər naxış xalça üzərində əsr­
lər boyu yerli ənənələr əsasında toxunduğu üçün zaman keçdikcə özəl forma da­
şı­yır, klassikləşir. Bu xalça üzərində toxunan nəbati elementlər də tam ənənənin
da­vamı sayıla bilər. Sonsuzluğa doğru aparan bu budaqlar, üzərində əlvan rəngli
sap­larla toxunan müxtəlif çiçəklər cənnətin nişanəsidir. İslam dininə görə hər bir
çiçəyin Yaradan qarşısında öz missiyası vardır. Onlar insanların günahlarının ba­
ğışlanması üçün Yaradan qarşısında səcdə edirlər. Bu mənada da “Zeyxur” xalçası
üzərindəki nəbati elementlər müqəddəs məkanda öz missiyalarını yerinə yetirmiş
kimi görünürlər.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...84