50
“Pirəbədil” xalçasının yaranması Şabran rayonunun Pirəbədil kəndinin adı ilə
bağlıdır. Bu xalça Şabranın Sumağava kəndində toxunmuşdur. Xalça əl ilə toxunub,
materialı yundur. Quba xalça qrupuna aiddir.
Xalça maraqlı haşiyə zolağına, rəng ahənginə və kompozisiya quruluşuna malik
olmaqla xalq sənətinin ən uğurlu nümunələrindən sayıla bilər. Xalçanın haşiyə zo­
lağı yeddi hissədən ibarətdir. Bu haşiyədə iki zolaq simmetrik, digər beş zolaq isə
müxtəlif naxışlara malikdir. Rəngləri kontrast olsa da, onların seçimi haşiyənin can­
lı, şux görünməsinə imkan verir. Yaşıl, şux qırmızı, sürməyi, ağ, sarı, narıncı rənglər
bir çələng kimi bir-birini tamamlayır. Naxışların quruluşu nəbati formada olsa da,
onlar həndəsi şəkildə stilizə edilmişlər.
Xalçanın ara sahəsi tünd rənglidir. Bu rəngin tutqun çalarını işıqlandırmaq üçün
toxucu ağ, qırmızı, sarı rənglərdən daha çox istifadə edib. Mərkəzdə toxunmuş beş
ədəd “buynuz” elementi, onların ətraflarında qoşa toxunmuş, simmetrik dörd cüt
qayçı (bəzən onu xalq arasında “xəncər” də adlandırırlar), quş, üçləçəkli yarpaq,
ocaq, tənək yarpaqları və s. elementlərin hər birinin öz dəqiq ölçüləri, yerləşmə sis­
temi, quruluşu vardır. Xalçanın mərkəzində toxunmuş dörd ədəd ağ yerlikli sək­kiz­
bucaqlı gölün içərisində “əlibelində” adlanan insan siluetinə bənzər naxışlar da to­
xunmuşdur. Bu xalça üzərindəki hər elementin öz semantikası, uzaq keçmişə gedib
çıxan tarixi vardır.
Azərbaycan folklorunda rast gəlinən süjetlərdən biri də İsgəndər Zülqərneynin
başındakı buynuz rəvayətidir. Bu buynuz onun qüdrətinin, yenilməzliyinin nişa­nəsi
idi. Getdikcə buynuz həm də qoruyucu mahiyyət kəsb etməyə başlamış xalçalarda
belə öz izini qoymuşdur. Quş, üçləçəkli yarpaq cənnətin nişanəsi kimi yozula bilər.
Bu naxışların hər biri “Pirəbədil” xalçasının klassik, ayrılmaz atributlarındandır.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Saxlanma vəziyyəti əladır. Xalça
tarixi, bədii və elmi əhəmiyyət kəsb edir.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...84