54
Xalça Quba qrupuna aiddir. Xaçmaz rayonunun Aşağı Zeyid kəndində toxun­
muşdur. Xalça toxunduğu qrupun bədii və texniki ənənələrini özündə yaşadır. Zərif
toxu­nuşludur, yüksək ilmə sıxlığına malikdir, yundan toxunub, yun təbii boyalarla
boyanmışdır.
Xalça ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə zolağı üç hissədən ibarətdir.
İki paralel mədaxil zolaqları həndəsi quruluşa malikdir. Ana haşiyə zolağı da hən­
dəsi elementlərlə bəzədilib. Burada yarpaq təsvirləri həndəsiləşdirilmiş pilləli, onla­
rın arasında əmək alətinə bənzər element toxunub. Xalçanın ara sahəsini başdan-ba­
şa diaqonal, üfüqi və şaquli istiqamətdə həndəsiləşdirilmiş nəbati element bəzəyir.
Quba bölgəsi coğrafi baxımdan çox zəngin təbiətə malikdir. Bu mənada Qubada to­
xunan xalçalarda tez-tez gül, yarpaq elementlərinə rast gəlmək mümkündür. Xalça­
çılar öz xalçalarında onları əhatə edən təbiəti canlandırmağı bir ənənəyə çevirmişlər.
Bu mənada da xalça üzərində toxunmuş gül elementi tək bir formada olsa da, fərq
yalnız onların daxilini əhatə edən rənglərdən ibarətdir. Sarı, qırmızı, şəkəri tonlar
bir-birini əvəz edir.
Xalçada istifadə edilmiş bütün rənglər təbii boyaq bitkilərindən alınmışdır. Nar,
alma qabıqları, indiqo, biyan otu və s.-dən alınmış boyaqlar əsrlər ötdükcə solma­
dan öz təravətlərini qoruyub saxlamışlar.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Xalçanın saxlanma vəziyyəti
əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...84