56
“Pirəbədil” xalçası Qubanın ən tanınmış toxuculuq məntəqəsi olan Qonaqkənddə
toxunmuşdur. Xalça xovlu toxunuşludur, əl işidir, materialı yundan iba­rətdir.
Bu “Pirəbədil” xalçası haşiyə zolağından və ara sahədən ibarətdir. Haşiyə zolağı
da altı hissədən ibarətdir. İlk kənar haşiyə “mollabaşı”larla bəzədilib. Bu naxışın
konstruktiv quruluşu vardır. Üçbucaq və onun üzərində romb təsvirindən iba­rət
olan “mollabaşı”lar memarlıqda, kaşı sənətində və yerlərdə hər zaman istifadə edi­
lən elementlərdən sayılır. Əgər bu naxışın konstruktiv şəkildə hər detalı ayrıca nə­
zərdən keçirilsə, məlum olar ki, üçbucaq uca göylərə, tanrıya ucalan yol, romb isə
əbədi artım, bolluq, tükənməzlik simvoludur. Haşiyənin digər iki zolağı “hörük”
şəklində, daha sonra ana haşiyə “kufi” quruluşundadır. “Kufi” haşiyə zolağı çox
rast gəlinən elementdir. Onun meydana gəlməsi İslam dininin yaranması ilə əla­
qələnir. Belə ki, “kufi” dini kəlamların, surələrin həndəsiləşdirilərək günümüzə çat­
mış nümunələrindən sayılır.
“Pirəbədil” xalçasının ara sahəsi sürməyi yerlikdə toxunub. Bu kübar rəng çalar­
ları da xalçaya özlüyündə xüsusi yaraşıq verir. Ağ, qırmızı, şəkəri, azacıq yaşıl ton­
lar xalçanın haşiyə zolağındakı rənglərlə ahəngdarlıq yaradır. Mərkəzdə toxunmuş,
şərti olaraq “buynuz” adlanan naxışlar, qayçı, tənək yarpağı, romb, quş, xırda güllər,
“S” işarəsi – bunların hər birinin öz gizli mənası vardır. Bu naxışlar xalça üzərində
yalnız qoruyucu vasitə deyil, həm də ezoterik məna, müsbət enerji daşıyıcısı kimi
çıxış edir.
Quş simvolu əbədi həyatla, insanın axirət dünyası ilə bağlıdır, buynuz güc, qüdrət,
“S” işarəsi su, paklıq simvoludur. Xırda güllər də cənnətin simvolu sayılır.
Xalça sahibini hər zaman bəd niyyətlərdən, hər cür xəta bəladan qorumaq üçün
nəzərdə tutulan müsbət təsirə malik elementlərlə bəzədilmişdir.
Xalçada heç bir təmir-bərpa işi aparılmamışdır. Saxlanma vəziyyəti əladır. Xalça
tarixi, bədii və elmi əhəmiyyət kəsb edir.
1...,48,49,50,51,52,53,54,55,56,57 59,60,61,62,63,64,65,66,67,68,...84