32
Xalçanın adı Şamaxının 25 km-də yerləşən Ərçiman kəndinin adı ilə bağlıdır.
Ərçiman xalçaları yalnız Şamaxıda deyil, Qubanın Şahnəzərli, Qonaqkənd, Ağsu
rayonunun Ləngəbiz və digər kəndlərində də to­xun­muşdur. Bəzi toxucular və
sənətşünaslar bu tipli xalçaları “Şah­nəzərli” adlandırırlar.
Sürməyi yerlikli bu xalçanın ara sahəsində bir-birinin ardınca düzülmüş, şaquli
istiqamətdə işlənmiş üç bütövvə bir yarımçıqgöl təsvir edilmişdir. Göllərin içərisində
kənarları qarmaqlı medalyonlar vardır. Medalyonların mərkəzində Şirvanın digər
xalçalarında rast gəlinən mürəkkəb formalı qarmaqlı elementlər yerləşdirilmişdir.
Göllərin kənarları kvadratşəkilli və kiçik ölçülü rombşəkilli elementlərlə əhatə olu-
nub. Ara sahənin yuxarı və aşağı hissəsindəki göllər “qübbə” mo­tivləri ilə tamam-
lanır. “Qübbə” motivlərinin kənarları dilikli, üzə­rin­də isə qarmaqlı motivlər vardır.
Xalçanın ara sahəsinin sağ və solunda şaquli istiqa­mət­də dördbu-
caqlı, altıbucaqlı, səkkizbucaqlı, rombvari, qar­maqlı, kənarları pilləli
medalyonlar təsvir edilib. Ara sa­hənin boşluqları müxtəlif ölçülü və
formalı klassik ele­mentlərlə doldurulmuşdur. Ara sahəni “S”ə bənzər
mo­­tivlər işlənmiş şəkəri yerlikli zəncirə əhatə edir.
Xalçanın ara haşiyəsi Şirvan xalçaları üçün səciyyəvi olan “ox” işa­rəli motivlərlə
bəzədilmişdir. Ara haşiyə hər iki tərəfdən içərisində dördləçəkli çiçəklər işlənmiş
bala haşiyələrlə əhatə olunub. Xalçanın ara sahəsini əhatə edən “S”ə bənzər motivlər
işlənmiş zəncirə xalçanın kənarlarında da təkrarlanır. Xalçada təsvir edilmiş klas-
sik və qarmaqlı elementlərə Şirvan qrupuna daxil olan kilimlərdə də rast gə­lirik.
Müxtəlif ölçülü və müxtəlif formaya malik olan qarmaqlı ele­mentlərə Gəncə
vadisindəki kurqanda Gəncəçayda aşkara çıxarılmış son tunc dövrünə aid olan ke-
ramika nümunələrində rast gəlinir. Xalça özünəməxsus rəng tərtibatı ilə digər xal-
çalardan seçilir. Xalçada işlənmiş motivlərin rəngi sürməyi yerliklə çox təzadlıdır.
Şirvan xalçaları üçün səciyyəvi olan rəng tarazlığı bu xalçada yüksək peşəkarlıqla
saxlanılmış, bu qrupa aid xalçalara xas olan rəng prinsiplərinə əməl edilməklə, rəng
uzlaşmasında ənənəvi ahəngdarlıq həndəsi ornamentin ahəngdarlığını nəzərə çarp-
dırır.
Xalçanın xovu və ərişi yun, arğacı pambıqdandır. Saxlanma vəziyyə­ti əladır. Xalça
bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,24,25,26,27,28,29,30,31,32,33 35,36,37,38,39,40,41,42,43,44,...76