30
Zəngin naxış tərtibatına malik olan bu xalçanın bədii quruluşu ara sahə və haşiyə
hissəsindən ibarətdir. Qırmızı yerlikli ara sahənin yuxarı hissəsində mehrab təsvir
edilmişdir. Namazlıq xalçalarda təsvir edilən mehrablar müxtəlif formalı olur. Xalq
ustaları tərəfindən toxunan bu tipli namazlıqlarda mehrablar nöqtəli xətlərlə təsvir
edilir. Rəssamlar tərəfindən tərtib edilən namazlıqlarda isə əsasən əyrixətli olur.
Mehrabın kənarlarında ağ yerlikdə qırmızı rəngli pilləli motivlər vardır.
Xalçanın ara sahəsinin yuxarı künclərindəki boşluqlar dördləçəkli gül-çiçəklərlə
doldurulmuşdur. Gül-çiçəklər mavi-qırmızı, sürməyi-ağ-qırmızı, sarı-qırmızı-
sürməyi, sürməyi-mavi-qırmızı rənglərlə iş­lən­mişdir. Eyni rəngli və eyni formaya
malik olan elementlər mehrabın içərisində də təkrarlanır. Xalçanın ara sahəsində
altıbucaqlı həndəsi elementlərin içərisində kənarları dilikli klassik elementlər
işlənmişdir. Bu elementlər ağ, sarı, mavi yerlikdə ağ, mavi, sarı rənglərlə tərtib edil-
mişdir. Altıbucaqlı elementlərin arasındakı boşluqlarda kiçik ölçülü, cüzi nəzərə
çarpan rombvari elementlərin içərisində üçbucaqlı ağac motivləri yerləşdirilib.
Ara sahənin aşağı hissəsində üfüqi istiqamətdə düzülmüş güllü, yarpaqlı budaqlar
vardır. Ara sahəni ağ yerlikli dalğavari xətlər və doğalağabənzər motivlər işlənmiş
zəncirə əhatə edir. Dalğavari xətlər bir-biri ilə yarpaqlarla birləşdirilir. Xalçanın şəkəri
yer­likli ana haşiyəsi “çaxmaq” adlandırılan motivlərlə bəzədilib. Bu tipli motivlərə
Bakı və Qarabağ qrupuna daxil olan xalçalarda da tez-tez rast gəlinir. “Çaxmaq”
adlandırılan motivlər qırmızı, sarı, sürməyi, şə­kəri, zoğalı, mavi rənglərlə işlənib.
Ana haşiyənin boşluqları kiçik ölçülü, kənarları pilləli elementlərlə doldurulub.
Ana haşiyə hər iki tərəfdən içərisində rombvari motivlər işlənmiş bala haşiyələrlə
əhatə olunub. Xalçanın ara sahəsinin boşluqlarında təsvir edilmiş eyni formalı və
eyni rəng düzümünə malik olan elementlər bala haşiyələrdə də təkrarlanır. Xari-
ci bala haşiyənin kənarları zoğalı, mavi, daxili bala haşiyənin kənarları isə mavi,
zoğalı “su”larla tamamlanır. Xalçanın kə­narları xaricdən ağ rəngli cüzi nəzərə çar-
pan “Z”şəkilli elementlərlə əha­tə olunub. Bəzi hissələrdə bu elementlər “siçandişi”
motivlərini də xatırladır.
Xalçada rəng tərtibatı yüksək peşəkarlıqla həll edilmiş­dir. Rənglər
bir-biri ilə ənənəvi qanunauyğunluq­la uz­laş­dırılaraq hər kəsin zövqü-
nü oxşayan, xoş əhval-ruhiyyə yaradan, nadir hallarda rast gəlinən bir
“Namaz­lıq” nü­munəsi yaradılmışdır.
Xalçanın xovu və arğacı yun, ərişi isə pambıqdandır. Saxlanma və­ziy­yəti tamdır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,22,23,24,25,26,27,28,29,30,31 33,34,35,36,37,38,39,40,41,42,...76