26
Bu tipli xalçalar Şamaxı şəhərinin cənubunda yerləşən Çuxanlı, Mə­rəzə, Nabur,
Sündü, Cəmcəmli və Ağsu rayonunun Göylər, Qə­şəd, Hacıqabul rayonunun Pa-
dar, Udulu, Paşalı, Şorbaçı, Pirsaat ça­yı yaxınlığındakı Duvanlı və digər Xəzərsahili
kəndlərdə toxunmuş­dur.
Şəkəri yerlikli bu xalçanın ara sahəsinin əsas bəzəyi rombşəkilli şə­bəkələr
içərisində həndəsi formaya malik olan bitki motivlərindən ibarətdir. Şəbəkələri bir-
birinə dördləçəkli güllər birləşdirir. Şəbə­kə­lərin dilikli kənarları və güllər sürməyi
rənglə, kənarlarındakı “su”lar isə sumağı rənglə tərtib edilmişdir.
Rombşəkilli şəbəkələrin içərisindəki elementlər üfüqi və maili is­tiqa­mətdə bir-birini
əvəz edir. Bu elementlər aşağıdan-yuxarıya doğ­ru ma­ili istiqamətdə şaxələnərək
eyni forma və eyni rənglə, üfüqi is­ti­qa­mətdə isə müxtəlif forma və rənglərlə tərtib
edilmişdir.
Xalçanın ara sahəsini zoğalı rəngli diliklər və ağ, sür­məyi, qırmı-
zı, mavi, sarı rəngli dördləçəkli çiçəklər iş­lən­miş zəncirə əhatə edir.
Zəncirələr sağ və soldan mavi və zoğalı rəngli “su”larla, yuxarı və
aşağı hissələrdə isə ma­vi və zoğalı rəngli “mollabaşı” motivləri ilə ta-
mamlanır.
Zoğalı yerlikli ana haşiyə “çaxmaq” adlandırılan elementlərlə bə­zə­dilmişdir.
Bəzi toxucular bu elementləri “tilov” adlandırırlar. Bu ele­mentlərə Bakı qrupuna
daxil olan xalçaların ana haşiyəsində də tez-tez rast gəlinir. “Çaxmaq” adlandırı-
lan elementlər sarı, açıq-qəhvəyi, sürməyi, sumağı, mavi rənglərlə tərtib edilmişdir.
Açıq-qəhvəyi, sa­rı, sürməyi rənglərlə işlənmiş elementlərin kənarları ağ, sumağı;
sa­rı rənglərlə işlənmiş elementlərin kənarları göy; bəzi göy, qəhvəyi ele­mentlərin
kənarları isə sarı “siçandişi”lərlə tamamlanır.
Ana haşiyəni əhatə edən qara yerlikli bala haşiyələr həndəsi forma­lı dördləçəkli və
yaxud “dörd ünsür”, “X”-ə bənzər motivlərlə bə­zə­dilmişdir. Bu motivlər mavi, sarı,
zoğalı, ağ, sumağı, şəkəri, sürməyi rənglərlə işlənmişdir. Bala haşiyələrin kənarları
ağ rəngli, cüzi nəzərə çarpan “Z”şəkilli elementlərlə əhatə olunub. Bu elementləri
hər iki tərəfdən zoğalı rəngli “su”lar tamamlayır.
Zəngin rəng tərtibatına malik olan bu xalçada on rəngdən istifadə olu­nub. Rənglər
bir-birinə qanunauyğunluqla uyğunlaşdırılaraq, hər kəsin zövqünü oxşayan rəng
palitrası yaradılmışdır.
Xalçanın xovu və arğacı yun, ərişi isə pambıqdandır. Saxlanma və­ziy­yəti əladır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,18,19,20,21,22,23,24,25,26,27 29,30,31,32,33,34,35,36,37,38,...76