28
Bu tip xalçalar qədim dövrlərdən nəinki Qafqazda, həmçinin Yaxın Şərqdə və hət­
ta dünya bazarlarında yüksək qiymətləndirilmiş və dünya kol­leksionerlərinin şəxsi
kolleksiyalarında nadir incilərdən sayılmışdır.
Bu xalçanın ara sahəsinin kompozisiyası rombşəkilli şəbəkələrdən ibarətdir. Romb­
şəkilli şəbəkələr xalçada üfüqi istiqamətdə simmetrik, maili istiqamətdə isə asim-
metrik düzülüşlə tərtib edilmişdir. Şəbəkələrin içərisində səkkizbucaqlı medalyon-
lar və qarmaqlı elementlər yerləşdirilmişdir. Səkkizbucaqlı elementlərin içərisində
“dörd ünsür” motivləri vardır. Şəbəkələrin içərisindəki qarmaqlı və “dörd ünsür”
elementlərinin rəngi biraşırı dəyişdirilərək, xüsusi ahəng yaradılmışdır. Şəbəkələr
bir-birinə dördləşəkli güllərlə birləşdirilir.
Şəbəkələrin kənarlarındakı diliklər yuxarı və aşağı hissələrdə açıq-
qəhvəyi mərkəz hissədə isə ağ rənglə tərtib edilmişdir.
Ara sahənin boşluqlarında stilləşmiş quş, kiçik ölçülü çiçək və yar­
paq təsvirləri vardır.
Xalçanın ara sahəsinin yuxarı hissəsində mehrab təsvir edilib. Azərbaycanda bu
tipli xalçalar “Namazlıq”, “Mehrabi”, İranda “Taqı”, “Canamaz” adlandırılır. Bu
xal­çalar əsasən dini mərasimlərdə, ibadət vaxtı işlədilir. Namazlıq xalçalar Azər­
bay­canda geniş surətdə istifadə edilmiş və hal-hazırda möminlər tərəfindən istifadə
edilir.
Namazlıq xalçalar istifadəsindən asılı olaraq müxtəlif ölçülərdə toxunur. Bəzən
üç, beş, altı və hətta 30-40 nəfər üçün toxunan namazlıq xalçalar da olurdu. Böyük
ölçülü namazlıqlar məscidlərə hədiyyə verilirdi. Namazlıq xalçalar kompozisiyası-
na görə iki qrupa bölünürdülər:
- Müxtəlif ailələrdə (evlərdə) xalq ustaları tərəfindən toxunmuş namazlıqlar;
- Xüsusi sifarişlərlə rəssamların, peşəkar ustaların eskizi əsasında toxunmuş na-
mazlıqlar.
Təsvir edilən bu namazlıq xalça birinci qrupa aiddir.
Namazlıq xalçalarda təsvir edilən mehrablar da müxtəlif formada olur. Bu xalçada
təsvir edilmiş mehrab “kəsikxətli” və yaxud “kəsiktelli” mehrab adlandırılır. Meh­
rabın içərisindəki boşluqlar dördbucaqlı, səkkizbucaqlı gül-çiçəklərlə, zolaqlı düz
xətlə və “daraq” motivi ilə bəzədilmişdir.
Xalçanın ara sahəsinin yuxarı hissəsində mehrabın sağ və solundakı boşluqlarda
“budaqbaşı” adlandırılan təsvirlər vardır. Bu tipli təsvirlərə Qazax xalçalarında da
rast gəlinir. Ara sahənin yuxarı hissəsindəki künclərdə də budaq təsvirləri vardır.
“Budaqbaşı” və “budaq” adlandırılan motivlərin kənarlarında sağ və solda, eləcə
də yuxarı boşluqlarda stilləşmiş quş fiqurları təsvir edilmişdir.
Mehrabın aşağı hissəsində, mərkəzdə “Saqqal darağı” adlanan motiv iş­lən­mişdir.
“Saqqal darağı” adlandırılan motivlərə Qarabağ qrupuna daxil olan namazlıq xal-
çalarda da tez-tez rast gəlinir.
Xalçanın şəkəri yerlikli ana haşiyəsi qırmızı, açıq-yaşıl, mavi, sürməyi, sarı, zoğa­lı,
qəhvəyi-zoğalı-sarı, qəhvəyi-sarı rənglərlə işlənmiş, qarmaqlı elementlərlə bəzə­dil­
mişdir.
Ana haşiyə hər iki tərəfdən içərisində qırmızı açıq-yaşıl “paxlava”vari elementlər
işlənmiş zəncirələrlə əhatə olunub. Zəncirələr şəkəri, qara rəngli “su”larla tamam-
lanır.
Xalça zəngin rəng tərtibatına, yüksək peşəkarlıqla işlənmiş rəng düzümünə ma-
likdir.
Xalçanın xovu və arğacı yun, ərişi isə pambıqdandır. Saxlanma vəziyyəti əladır.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...76