14
soyqırımı Azərbaycanın müstəqillik uğrunda mübarizəsini daha da genişləndirdi. Şamaxı qəzası da müstəqil Azərbaycan
XalqCümhuriyyətinin yaranmasında böyük tarixi rol oynadı (Xəritə 3.). 1918-ci ilin iyulundaQafqaz İslamOrdusu Şamaxıya
daxil oldu. Burada Cümhuriyyətin hakimiyyəti quruldu. 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süqut
etdi və Azərbaycanda sovet hakimiyyəti yaradıldı.
Sovet dövrü.
1920-ci il aprelin sonlarından Şamaxı qəzasında sovet hakimiyyət orqanları fəaliyyətə başladı. Şamaxı qəzası
Sovet Azərbaycanında mövcud olan 15 qəza arasında özünəməxsus yer tuturdu. 1929-cu ilin sonunda həyata keçirilən
inzibati -ərazi bölgüsü nəticəsində Naxçıvan MSSR və DQMV istisna olmaqla 8 mahal təşkil edildi ki, onlardan biri də
Şir­van mahalı idi. 1930-cu ilin avqustundakı rayonlaşdırma nəticəsində keçmiş Şamaxı qəzasının əsas ərazisində Şamaxı
rayonu təşkil edildi.
Şamaxı rayonu tarixi Şirvanın ən yaxşı ənənələrini müasir dövrədək çatdırmış, müstəqil Azərbaycan Respublikası şə­ra­
itində onu daha da inkişaf etdirərək zənginləşdirmişdir.
Ədəbiyyat
Azərbaycan incəsənəti. Bakı, 1992
Azərbaycan tarixi. Yeddi cilddə. cc.1-7. Bakı, 1998-2003
Bakıxanov A. A. Gülüstani-İrəm. Bakı, 1951
Bayramova N. Şamaxı xanlığı. Bakı, 2009
Ашурбейли С. Н. Государство Ширваншахов (VI – XVI вв.). Баку, 1983
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-nın müxbir üzvü
Kərim Şükürov
tarix elmləri doktoru
Şamaxı qəzası Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər).
Xəritə 3.
Qaynaq: Azərbaycan tarixi atlası, s. 45
1...,6,7,8,9,10,11,12,13,14,15 17,18,19,20,21,22,23,24,25,26,...76