41
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Bədii cəhətdən yüksək zövq və peşəkarlıqla toxunmuş xalça özünün mürəkkəb süjet həlli ilə seçilir. Xalçada dini və
mifoloji obraz olan Süleyman peyğəmbərin əhvalatı təsvir edilib. Toxucuların peşəkarlığı nəticəsində insan simaları, real
və mistik heyvan rəsmləri dəqiq, obrazlı və ifadəli görünür. Təsvir olunan hər bir obraz əh­valatın özündə iştirak edir,
öz mimikası ilə hadisəyə münasibətini göstərir. Xalçanın rəng həlli onun dina­mi­ka­sını tamamlayır, əsas süjetin qabarıq
çatdırılmasına xidmət edir.
Əfsanəyə görə Süleyman peyğəmbər bütün heyvanların dilini bilirdi. Onun elə bir bacarığı var idi ki, in­san­ların dax-
ilini görə bilirdi. Bir gün Süleyman peyğəmbərə xəbər çatdırırlar ki, qonşu ölkənin xanım hökmdarı Süleymanın ölkəsinə
hücum etmək istəyir. Süleyman, xanım hökmdara “Özünü qabaqcadan təslim et!” məz­munlu məktub yazır. Hökmdar
məktubu oxuyur, ona gülür və cırıb atır. Dərhal müharibə elan edir və bütün qoşunlarını toplayır. Xəbər Süleymana çatan
kimi, o da öz ordusunu toplayır və elan edir ki, kim o hökm­da­rın taxtını ona gətirsə, həmin adamı ən yüksək vəzifəyə qoya-
caq. Vəzirləri söyləyirlər ki, qadını bir saata ona gə­tirəcəklər. Tutuquşu söyləyir ki, qadını bir neçə dəqiqəyə Süleymanın
hüzuruna gətirə bilər. Bayquş isə deyir ki, əgər icazə verilsə, hökmdarı bir kirpik qırpımında Süleymanın hüzuruna gətirər.
Bayquşa izn verilir. Qadın onun taxtının bir göz qırpımında Süleymanın hüzurunda olduğunu görüb onun qüdrətini
anlayır və təslim olur, ona xidmət etməyə başlayır.
Xalçada Süleyman peyğəmbərin öz taxtında əyləşməsi təsvir edilib. Onun başında nur haləsi vardır; başının üs­tündə hey-
vanlar – tutuquşu, bayquş, tovuzquşu, bülbül təsvirləri verilir. Sol tərəfində vəzirləri və mürşidləri təsvir olunub. Süleyman
onlarla məşvərət edir. Vəzir və mürşidlərin arxasında gözətçiləri dayanıb. Xalçanın mərkəzində qon­şu ölkənin hökmdar qadını
Süleymana təzim etdiyi şəkildə təsvir edilib. Aşağıda təsvir edilən heyvanlar insan başlıdır. Bu, Süleyman peyğəmbərin insanın
daxilini oxuduğu və onun mahiyyətcə kimliyini bildiyinə işarədir. Xal­çanın dörd küncündə Süleyman peyğəmbər, kətəbələrin
arasında isə mürşidlərin təsvirləri verilib.
Ana haşiyənin içərisində
nəstəliq xətti ilə sağ aşağı
küncdən başlayaraq, saat
əqrəbi istiqaməti ilə təsvir
olunan əhvalat yazılmışdır.
Aşağıda sağdan birinci
kətəbədə olan yazı: “Şair
şirin sözlərlə belə dedi.”
Aşağıda sağdan ikinci
kətəbədə olan yazı: “Təzə
sözün qədim mələyə
dedi.”
Aşağıdan-yuxarı soldan birinci
kətəbədə olan yazı: “ Yer
kürəsinin böyük olmasına bax-
mayaraq, Süleymanın hökmü
altında idi.”
Aşağıdan-yuxarı soldan
ikinci kətəbədə olan yazı:
“Yer kürəsi onun üçün bir
nöqtə idi.”
Aşağıdan-yuxarı sol-
dan üçüncü kətəbədə
olan yazı: “Dedi ki,
Haqqı bərpa edən, sənə
salam.”
Aşağıdan-yuxarı soldan
dördüncü kətəbədə
olan yazı: “Salamdan
sonra sənə kəlamı
göndərirəm.”
Yuxarıda soldan-sağa
birinci kətəbədə olan
yazı: “Bu böyük dünyada
Süleyman necə oldu.»
Yuxarıda soldan-sağa ikinci
kətəbədə olan yazı: “Bu dün-
ya Süleymana da qalmadı.”
Sağ haşiyədə yuxarıdan-
aşağı birinci kətəbədə olan
yazı: “Şah qəzəbli halda
dedi.”
Sağ haşiyədə yuxarıdan-
aşağı ikinci kətəbədə olan
yazı: “Bayquş, bircə xəbəri
sən söylə.”
Sağ haşiyədə yuxarıdan-
aşağı üçüncü kətəbədə
olan yazı: “Həzrəti
Cəbrailə belə nazil oldu
ki.”
Sağ haşiyədə yuxarıdan-
aşağı dördüncü kətəbədə
olan yazı: “Böyük Allah
ona pənah verdi.”
Bala haşiyədə güllərin və kətəbələrin təsvirləri təkrarlanır. Ana haşiyənin boşluqları gül-çiçək təsvirləri ilə daha da zən­
ginləşmişdir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdandır. Xalçanın ipləri təbii boyalarla boyanmışdır və burada iyirmidən çox
rəngdən istifadə olunmuşdur. Xalça Şirazə-dairəvi texnika ilə toxunmuşdur. Dəhnəsi sünbülü, saçağı 1,5 sm, sıxlığı 60x60-dır.
Xalça yaxşı vəziyyətdə saxlanmışdır və istifadə müddətində təmir olunmamışdır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,33,34,35,36,37,38,39,40,41,42 44,45,46,47,48,49,50,51,52,53,...84