47
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Bu xovlu xalça Ərdəbildə toxunmuşdur. Xalçanın kompozisiyası ara sahə və haşiyə hissəsindən ibarətdir. Kərpiciyə çalan
qırmızı yerlikli ara sahədə sürməyi yerlikli, böyük ölçülü göl yerləşdirilmişdir. Gölün yuxarı və aşağı hissələri mehrabşəkilli,
sağ və sol hissələri isə “ziq-zaq”şəkilli diliklərlə işlənmişdir. Mehrabşəkilli və dilikli zolaqlar yaşıl yerliklidir. Yaşıl zolaqla-
rın üzərində qırmızı rəngli, latın əlifbasının “Z” hərfinə bənzər cüzi nəzərə çarpan kiçik ölçülü elementlər işlənmişdir. Yaşıl
yerlikli zolaqların kənarları xaricdən qara, ağ, qırmızı, daxildən isə qırmızı, sarı “su”larla işlənib. “Su”ların kənarlarında,
xaricdən ağ, qara, qırmızı rəngli, daxildən isə sarı, qırmızı, mavi rəngli dördləçəkli güllər işlənmişdir.
Gölün içərisində qırmızı, qəhvəyi, yaşıl, göy rənglərlə işlənmiş onaltıləçəkli güllər təsvir edilmişdir. Gölün ara sahəsində
bir-birinin ardınca düzülmüş üç bütöv və dörd yarımçıq medalyon işlənmişdir. Medalyonların kənarları qırmızı rəngli
zolaqla əhatə olunub, zolaqlar hər iki tərəfdən yaşıl rəngli “su”larla tamamlanır.
Gölün boşluqlarında yaşıl, qırmızı, qəhvəyi, mavi rəngli, kənarları dilikli yarpaqlar vardır. Xalçada təsvir edilən bu yar-
paqlar balığa bənzədiyi üçün toxucular bu elementləri “balıq” adlandırmışlar. Bu tipli “balıq” motivlərinə Quba qrupunun
“Herat-Pirəbədil” və Qarabağın “Balıq” xalçalarında da rast gəlinir.
Xalçanın kərpici yerlikli küncləri rombvari, kvadratşəkilli elementlərlə bəzədilmişdir. Kvadratşəkilli elementlər göy,
rombvari elementlər isə yaşıl, sürməyi, mavi və qəhvəyi rənglərlə tərtib edilmişdir. Bu elementlərin arasındakı boşluqlar
kiçik ölçülü gül-çiçək, rombvari elementlər və stilləşmiş “balıq” motivləri ilə doldurulmuşdur.
Xalçanın ara sahəsini içərisində ağ-qırmızı, ağ- yaşıl rənglərlə işlənmiş, kiçik ölçülü çiçəklərlə bəzədilmiş sürməyi yerlikli
mədaxil əhatə edir.
Xalçanın ağ yerlikli ana haşiyəsi toxucular arasında “çaynik-nişan” adlandırılan motivlərlə bəzədilib. Toxucular və
sənətşünaslar arasında bu motivlər stilləşmiş “bağa” kimi də yozulur. “Bağa” motivlərinin arasındakı boşluqlarda me­
dal­yonlar tərtib edilmişdir.“Bağa” motivləri və medalyonlar bir-biri ilə qırmızı rəngli budaqlarla birləşir. Budaqların kə­
narları sürməyi rənglə işlənib. Medalyonların içərisində qırmızı, yaşıl, sarı rənglərlə işlənmiş səkkizləçəkli güllər vardır.
Haşiyədəki “bağa” motivlərinin rəngi bəzən biraşırı, bəzən isə üzərindəki motivlərin rəngi dəyişdirilərək, xalçaya xüsusi
görünüş gətirmiş və rəng tərtibatını zənginləşdirmişdir.
Haşiyədəki kiçik ölçülü güllər, haşiyənin ümumi görünüşünü tamamlayır. Ana haşiyə hər iki tərəfdən dalğavari xətlər
işlənmiş qırmızı yerlikli bala haşiyələrlə əhatə olunmuşdur. Dalğavari xətlərin arasındakı boşluqlar kiçik ölçülü rombvari
elementlərlə bəzədilib. Bu elementlərin yuxarı hissəsində buynuzabənzər çıxıntılar vardır.
Rombvari elementlər tünd və açıq-yaşıl, sarı, qəhvəyi, qara, mavi, qırmızı, moruğu, boz, ağ rənglərlə tərtib edilmişdir.
Daxildəki bala haşiyə xaricdən ağ, qırmızı rəngli cüzi nəzərə çarpan “Z” şəkilli elementlər işlənmiş, daxildən isə qırmı-
zı, göy dilikli mədaxillərlə əhatə olunub. Mədaxillərin kənarları qara “su”larla işlənmişdir. Eyni formalı və eyni rəngli
mədaxillər xalçanın xarici bala haşiyəsini də əhatə edir. Xalçanın kənarlarındakı ağ rəngli dördləçəkli çiçəklər işlənmiş
mədaxil ara sahəni əhatə edən mədaxillə eynidir.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Bəzi hissələrində təmir işləri aparılıb.
Xalçanın xovu yun, ərişi və arğacı pambıqdır.
1...,39,40,41,42,43,44,45,46,47,48 50,51,52,53,54,55,56,57,58,59,...84