49
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Zəngin naxış tərtibatına malik olan bu xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Qırmızı yerlikli ara sahədə yuxarı və aşağı hissələri mehrabşəkilli şəkəri yerlikli böyük ölçülü göl yerləşdirilmişdir.
Gölün içərisində dördbucaqlı formaya malik olan medalyon təsvir edilmişdir. Medalyonun yuxarı və aşağı hissələrində
beşbucaqlı çıxıntısı olan və toxucular arasında “Qubbə” adlandırılan element yerləşmişdir. Qırmızı yerlikli bu medalyo-
nun mərkəzində sürməyi rəngli rombvari medalyon vardır. Medalyonun içərisi gül-çiçək və yarpaq motivləri ilə bəzədilib.
Güllər şəkəri, çəhrayı, sarı, narıncıya çalan qırmızı, firuzəyə çalan mavi, yaşıl, sarı, qəhvəyi rənglərlə tərtib edilmişdir.
Sürməyi yerlikli medalyonun kənarları çəhrayı, yaşıl, və qara rənglərlə işlənmiş pillələrlə tamamlanır.
Dördbucaqlı medalyonun içərisindəki boşluqlar rombvari, buta, dörd, beş, səkkizləçəkli güllər və yarpaqlı budaqlarla
bəzədilmişdir. Dördbucaqlı medalyonun yuxarı və aşağı hissələri xaricdən dalğavari, sağ və soldan isə eyni rəngli düz
xətlə əhatə olunub. Daxildən isə qarmaqlı çıxıntılar olan sumağı rəngli zolaqla əhatə olunub. Şəkəri yerlikli gölün içərisində
sürməyi, tünd və açıq-qəhvəyi, zoğalı, sarı, açıq-qırmızı, çəhrayı, mavi, qara rənglərlə işlənmiş dörd, beş və səkkizləçəkli
gül, yarpaq, buta, ox işarəli, “Qayçı balıq” və rombvari elementlər təsvir edilmişdir.
Gölün kənarları daxildən qara rəngli “su”larla ,xaricdən isə sumağı, şəkəri rəngli qarmaqlarla əhatə olunub. Qarmaqlı
elementlərin kənarları qara rəngli “su”larla tamamlanır. Gölün kənarları xaricdən, sağ və soldan kiçik ölçülü, cüzi nəzərə
çarpan ziq-zaqşəkilli elementlər işlənmiş sürməyi yerlikli zolaqlarla əhatə olunub. Gölün yuxarı və aşağı hissələrindəki
zolaqlarda kiçik ölçülü, cüzi nəzərə çarpan “dörd ünsür” motivləri işlənmişdir. Gölün yuxarı hissəsində olan zolaqlardakı
motivlər mavi, sarı rənglə, aşağı, sağ, sol hissələrdə olan motivlər isə sürməyi və sarı rənglərlə işlənmişdir.
Xalçanın yuxarı, aşağı künclərindəki motivlərin və yerliyin rəngi dördbucaqlı medalyonun yerliyi və motivlərin rəngi ilə
eynidir. Xalçanın sürməyi yerlikli ana haşiyəsi toxucuların və sənətşünasların “Çaynik-nişan” adlandırdığı elementlərlə
bəzədilmişdir. Bu elementlər stilləşmiş “Bağa” kimi də yozulur. Ana haşiyənin boşluqları bitki və buta motivləri ilə
doldurulmuşdur. Xalçanın ana haşiyəsini hər iki tərəfdən çiçəklərlə bəzədilmiş, zəncirvari formada düzülmüş budaqlar
işlənmiş şəkəri yerlikli haşiyələr əhatə edir. Budaqlardakı güllər qəhvəyi, yaşıl, sürməyi, tünd qırmızı, çəhrayı, budaqlar
isə qəhvəyi rənglə tərtib edilmişdir.Bala haşiyələrin kənarları qırmızı “su”larla tamamlanır.
Xalçanın kənarlarındakı və ara sahənin xaricindəki sürməyi rəngli zolaqlar ümumi kompozisiyanı tamamlayır.
Xalçada şəkəri, qırmızı və sürməyi rənglər çoxluq təşkil edir. Qalan rənglər isə nisbətən az işlədilmişdir. Mürəkkəb
şəkildə paylaşdırılmış rəng zənginliyi xalçanın bədii keyfiyyətini yüksəldir. Fonun aparıcı rol oynayan rənginin enerjisi
kompozisiyanın əsas elementlərinin rəngi ilə sakitləşdirilir.
Xalçada ənənəvi kolorit həlli yüksək peşəkarlıqla saxlanılmış, istər uzaq, istərsə də yaxınməsafədən bir-birinə qarşılıqlı nü-
fuz təsiri yaradılmışdır. Xalçanın rəng tərtibatında ənənəvi kolorit prinsipinə əməl edilməklə, rəng çalarlarının seçilməsində
sərbəstlik müşahidə olunur ki, bu da Təbriz qrupuna aid olan xalçalar üçün xarakterik olan xüsusiyyətlərdən biridir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti əladır.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
1...,41,42,43,44,45,46,47,48,49,50 52,53,54,55,56,57,58,59,60,61,...84