57
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçanın kompozisiyası ara sahə və haşiyə hissəsindən ibarətdir.
Şəkəri yerlikli ara sahənin aşağı hissəsində bir böyük ölçülü güldan, iki böyük və
dörd kiçik ölçülü ağac təsviri verilib.
Ara sahənin yuxarı hissəsində, mərkəzdə kənarları ləçəkli medalyon vardır. Medal-
yonun sağ və solunda baş hissəsi içəriyə doğru əyilmiş ağac təsviri verilib. Şəkəri yerlikli
ara sahənin yuxarı hissəsi mehrab formalı, kənarları isə ləçəkli formaya malikdir. Aşağı
hissədəki ağacların budaqlarında başını aşağı dikmiş çəhrayı, zoğalı, ağ, qara rənglərlə
işlənmiş quş fiqurları vardır. Aşağı hissədəki budaqlarda tutuquşular və onların ba-
laları təsvir edilmişdir. Ağacların gövdəsi və budaqları açıq-qəhvəyi və xına rəngində
tərtib edilmişdir.
Budaqlardakı güllər üç, dörd, beş və altıləçəklidir.Güllər zoğalı-sarı, açıq-yaşıl,
qəhvəyi və sarı, sürməyi-sarı, açıq qəhvəyi-sürməyi və ağ rənglərlə, yarpaqlar isə
qəhvəyi-qırmızı-sarı, açıq yaşıl-sarı, qəhvəyi- açıq yaşıl rənglərlə tərtib edilmişdir.
Ağacların gövdələrinin, budaqlarının və güllərin, yarpaqların kənarları qara rəngli
“su”larla tamamlanır.
Xalçanın aşağı hissəsindəki güldanın içərisində gül dəstəsi vardır. Bu güllər rəng və
forma etibarı ilə ağaclarda təsvir edilən güllərin forması və rənglərilə eynidir. Gülda-
nın mərkəzinin aşağı hissəsində bir cüt qulp vardır. Güldana xüsusi görünüş gətirən
bu qulplar güllü, yarpaqlı çələngi xatırladır. Güldanın üzəri Təbriz xalçaları üçün
səciyyəvi olan gül-çiçək, yarpaq motivləri ilə bəzədilmişdir. Güldanın sağ və solunda-
kı ağacların altında tünd və açıq-qəhvəyi, sumağı, ağ, qara rənglərlə işlənmiş bir cüt
quş təsviri vardır.
Xalçanın yuxarı hissəsindəki ağaclarda təsvir edilən quş fiqurları aşağı hissədəki quş-
larla eynidir. Yuxarı hissədəki ağacların altında başlarını yuxarı tutmuş maral balası-
nın təsviri verilib. Ara sahənin yuxarı hissəsi, küncləri medalyonun və güldanın rəngi ilə
eyni olub üç, dörd, beşləçəkli güllü budaqlarla doldurulub. Yuxarı künclərdə kənarları
ləçəkli, sürməyi yerlikli medalyon təsvir edilmişdir. Medalyonun içərisindəki ağac bu-
daqlarında üzünü bir-birinə çevirmiş bir cüt quş təsviri verilib. Ağacın altındakı çəmənlik
açıq-yaşıl, ağacın gövdəsi və budaqları açıq-qəhvəyi, yarpaqları açıq-yaşıl və sarı rənglidir.
Çəmənliyin, ağacın budaqlarının, güllərin və yarpaqların kənarları zoğalı rəngli “su”larla,
medalyonların kənarları qara-şəkəri və zoğalı rəngli “su”larla, künclərə doğru istiqamətlənən
hissələri isə gül-çiçəklə tərtib edilmişdir.
Xalçanın sürməyi yerlikli ana haşiyəsi güllü, yarpaqlı budaqlarla bəzədilmişdir. Güllü, yarpaq-
lı budaqlar ana haşiyənin künclərindən sağ və sol istiqamətə doğru şaxələnən sağ, sol, yuxa-
rı və aşağı haşiyələrin mərkəzindəki budaqlarla birləşir və haşiyənin ümumi kompozisiyasını
zənginləşdirir. Çiçəklər, yarpaqlar və budaqlardakı quş-
lar haşiyəni canlandırır və yazın gəlişini xatırladır.
Xalçanın ana haşiyəsi hər iki tərəfdən sarmaşıq dü-
zülüşü ilə işlənmiş güllü- çiçəkli, yarpaqlı budaqlarla bəzədilmiş zoğalı yerlik-
li bala haşiyələrlə əhatə olunmuşdur. Bala haşiyələri hər iki tərəfdən içərisində
şəkəri, açıq-yaşıl mollabaşılarla bəzədilmiş şəkəri yerlikli mədaxillər əhatə edir.
“Mollabaşı”ların və mədaxillərin kənarları qara rəngli “su”larla tamamlanır.
Təbriz xalçaları üçün səciyyəvi olan rəng təzadlığı bu xalçada yüksək peşəkarlıqla
saxlanılıb.
Xalçada tətbiq edilən yumşaq, neytral rənglər bir-birinə son dərəcə əks olan kontrast
rənglərlə birləşərək kompozisiyanı bir tərəfdən çox canlı nəzərə çarpdırır, digər tərəfdən
hər kəsi sakitləşdirən elementlərin rəngi ana və bala haşiyələrdə təkrarlanaraq kolorit ba-
xımından yüksək keyfiyyəti aydın nəzərə çarpdırır. Öz kolorit xüsusiyyətləri etibarı ilə
yüksək peşəkarlıq səviyyəsinə malik olan bu xalça hər bir sifarişçinin zövqünü oxşayan,
bazar üçün hazırlanmış dəyərli məhsulun parlaq nümunəsidir.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır. Saxlanma vəziyyəti əladır.
Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Bəzi hissələrində təmir işləri aparılıb.
1...,49,50,51,52,53,54,55,56,57,58 60,61,62,63,64,65,66,67,68,69,...84