59
Azərbaycan xalçaları / TƏBRİZ QRUPU
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissələrindən ibarətdir. Çox mürəkkəb kom-
pozisiya quruluşuna malik olan bu xalçanın ara sahəsində otuz üç böyük və dörd kiçik
ölçülü dördbucaqlı göl təsvir edilmişdir.
Xalçanın ara sahəsinin yuxarı və aşağı künclərində sürməyi yerlikli dördbucaqlı göllərin
içərisində beşləçəkli yarımçıq medalyon yerləşdirilmişdir. Bitməmiş bu medalyonlar
iyirmiləçəkli medalyonun dörddəbir hissəsidir. Medalyonların içərisində çəhrayı, sarı,
mavi, sürməyi, narıncı, açıq-qəhvəyi, firuzəyi, tünd-qırmızı, açıq-yaşıl rənglərlə işlənmiş
gül-çiçək və yarpaq təsvirləri vardır. Medalyonların kənarları daxildən şəkəri, xaricdən isə
narıncı “su”larla işlənib. Göllərin boşluqlarında gül-çiçək, yarpaq və budaq təsvirləri veri-
lib.
Ara sahənin yuxarı və aşağı hissələrindəki sarı yerlikli kiçik ölçülü göllərin içərisində
“sərv” ağacını xatırladan element çox aydın nəzərə çarpır. Azərbaycan dekorativ-tətbiqi
sənətində, o cümlədən xalçalarda təsvir edilən nəbati ornamentlər arasında çox geniş ya-
yılmış bəzək ünsürlərindən biri də “sərv ağacı”dır.
Sənət əsərlərində tez-tez təsadüf edilən bu bəzək,
adətən yüksək zövq və ustalıq bacarığına malik olan
sənətkarlar tərəfindən icra edilirdi.
Türk xalqlarında ağaca inam çox güclü olmuşdur.
Bu da onların mifik görüşləri ilə əlaqədardır Onlar
ağaca həmişə bir yaradıcı qüvvə kimi baxmışlar.
Ağacı diriliyin bir nişanəsi kimi müqəddəsləşdirmiş
və onu sənət əsərlərində əsrlər boyu dönə-dönə
təsvir etmişlər.
Sərv ağacının təsvirinə, əsas etibarilə, klassik
ədəbiyyatda təsadüf edilir. XII əsrin dahi şairi Nizami
Gəncəvi “Xorov və Şirin” poemasında atəşpərəstlərin
sərv ağacına qoşduqları “sərv səhi” (iki haçalı düz
bitən sərv) və “Sərvistan” (sərv ağacı bitən yer) kimi
mahnıların adlarını qeyd etmişdir.
XV əsrin tanınmış şairlərindən Nəsimi, XVI əsrin
görkəmli şairi Füzuli və b. Azərbaycan şairləri
əsərlərində sərv ağacı ilə əlaqədar olan “Sərvi-sitah”,
“Sərvi-siyah”, “Sərvinaz” və s. kimi nəğmə adlarını
çəkmişlər.
Sərv ağacının təsvirinə Azərbaycanın dekorativ
tətbiqi sənətinin müxtəlif növlərində, o cümlədən
miniatürlərdə də tez-tez rast gəlinir.
Hələ eradan əvvəl Yaxın Şərqdə, həmçinin
Azərbaycanda sərv ağacı müqəddəs sayılaraq, ona
sitayiş edilmişdir. Rəvayətə görə sərv ağacının ilk
şaxələri behiştdən gətirilmişdir. Sonralar Zərdüşt
(Atəşpərəstliyin əsasını qoymuş şəxs) sərv ağacları-
nın birini Kaşqarda (Türküstanda), o birini Xorasan-
da (İranda) əkərək yaymağa başlamışdır.
Göllərin boşluqlarında, sərv ağacının sağ və solun-
da budaqları gül-çiçək, yarpaq təsvirli ağaclar vardır.
1...,51,52,53,54,55,56,57,58,59,60 62,63,64,65,66,67,68,69,70,71,...84