23
Azərbaycanda rəsmi səfərdə olan Avstriya Respublikasının Prezidenti Haynts Fişerin xanımı Mar-
git Fişer “Sehrli ilmələr” qalereyasının qonağı olub. Azərbaycan xalçalarını heyranlıqla seyr edən birinci
xanıma məlumat verilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar,
salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar
verib, onların bütün Şərqdə məşhur olduğunu qeyd ediblər. Azərbaycan xalçaları indi də dünyanın bir çox
muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyət göstərən və hazırda 350 nəfər işçisi
olan “Azər-İlmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən
satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. Müəssisədə iplər təbii rənglərlə boyanır, eskizlər milli
naxış və çeşnilər əsasında hazırlanır.
Xanım M. Fişer yaşı yüz ildən çox olan qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxıb. Avstriyanın
birinci xanımına xalçaçılıq sənətindən bəhs edən kitab və xatirə hədiyyələri təqdim edilib. Sonda qonaq
xatirə kitabına ürək sözlərini yazıb.
1...,15,16,17,18,19,20,21,22,23,24 26,27,28,29,30,31,32,33,34,35,...200