169
və Şirin”, “Gecə-gündüz”, “Sülh quşu”
kimi əsərlərim nümayiş olundu. Sərgi ay
yarım davam etdi. Nümayiş olunan tikmə
nümunələrinə maraq göstərənlər çox idi.
– Bu yaxınlarda İranda keçirilən sərgiyə
qatılmısınız. Oradan hansı təəssüratlarla
qayıtdınız?
– İqtisadi əməkdaşlıq təşkilatının Mədə-
niyyət İnstitutu tərəfindən təşkil edilmiş
“Dünya ölkələrinin əl sənətlərinin sər-
gisi”ndə iştirak etdik. Sərgidə on bir ölkə
iştirak edirdi. İki ölkə – Gürcüstan və İraq
qonaq ölkələr idi. Biz o sərgidə də əmin
olduq ki, Azərbaycan tikmə sənəti daha
zəngindir. Bizim işlərin gözəlliyi sərgidə
iştirak edən İran İslam respublikasıının
prezidenti Mahmud Əhmədinejadın
da diqqətinə səbəb oldu. O, sərgiylə
tanış olarkən Azərbaycan bölməsinə
digər bölmələrdən daha çox vaxt ayırdı;
bizimlə hətta azərbaycanca danışdı. Bu,
ətrafdakıların da marağına səbəb oldu.
Onların dediyinə görə, İran prezidentinin
azərbaycan dilində danışa bildiyindən
xəbərləri yoxmuş. Sərgidə iştirak edən dövlətlər arasında sertifikatla təltif olunan
yeganə dövlət Azərbaycan oldu. Digər ölkələrin nümayəndələrinə isə, sadəcə,
iştirakçı vərəqəsi verildi.
– Digər ölkələrin tikmə sənəti ilə bizim tikmə sənəti arasında nə kimi fərqlər
var?
– Elə İrandakı sərgidə dünyanın bir çox ölkələrindən gəlmiş tikmə ustaları ilə
bu məsələni müzakirə etdik. Mən müşahidə etdim ki, Əfqanıstandan, Pakistan-
dan, Gürcüstandan, Özbəkistandan, Türkmənistandan, Tacikistandan gələn
tikmə sənətkarlarının hal-hazırda gördüyü işlər orta əsrlərdə Azərbaycan tikmə
ustalarının gördüyü işlər səviyyəsindədir. Onlarda demək olar ki, inkişaf yoxdur.
XVI əsrdə yastıq üzünü necə işləyirdilərsə, indi də elə işləyirlər.
– Bədii tikmə sənətinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?
– Bu sənətin araşdırılmasına və inkişaf etdirilməsinə ehtiyac var. Bizdə tikmə
növlərini öyrədən heç bir məktəb, tədris mərkəzi yoxdur. Başqa dövlətlərlə
müqayisədə bizdə bu sənət, demək olar ki, unudulmaq üzrədir. Xarici ölkələrdə
yüzlərlə, minlərlə bədii tikmə ustası varsa, bizdə belə ustalar barmaq hesabıdır.
Bizim öz araşdırmamıza görə hal-hazırda Azərbaycanda on iki-on üç bədii tikmə
ustası var. Məsələn, qobelen Azərbaycanda tədris olunur, amma bədii tikmə
yox. Bu sənətin ən böyük problemlərindən biri də tikdiyimiz işlərin satılması ilə
bağlıdır. Xaricdən gələn turistlərə elə xaricdən gətirilmiş malı göstərməkdənsə,
satmaqdansa, öz suvenirlərimizi, tikmələrimizi və ya digər xalq tətbiqi sənət
nümunələrimizi təqdim etmək lazımdır.
- Gələcək planlarınızı bilmək maraqlı olardı ...
- Yaradıcılığımda yeni istiqamətlər tapmağa və onu inkişaf etdirməyə çalışıram.
Çalışıram ki, başqa ölkələrin tikmə ustaları ilə də mütəmadi əlaqələr saxlayıb, on-
lardan da öyrənim. Bu işdə həyat yoldaşım mənə çox dəstək olur. Biz birlikdə
ustadım olan anamın sənətini davam etdiririk. Bu sənət bizim həyatımıza çevrilib.
Birgə fəaliyyətimizin əsas məqsədi bədii tikmə sənətini unudulmağa qoymamaq,
bu sənəti elmi baxımdan tədqiq və inkişaf etdirməkdir. Biz tikmə texnikasının
sirlərini açmaqla belə bir nəticəyə gəlirik ki, rəssamlığa aid bütün janrları dəqiq-
liklə tikmək mümkündür.
1...,161,162,163,164,165,166,167,168,169,170 172,173,174,175,176,177,178,179,180,181,...200