171
Bu qədim yurdda qədim xalçaçılıq sənəti var,
Elə məşhurdur ki, dünayada şanı, şöhrəti var.
Yeddi rəng möcüzəsi xalçalara izini salıb
Bu səbəbdən naxışın hər biri bir rəngə çalıb.
Xalça ilahi gözəlliyini təbiətdən alıb,
Onda göy qurşağının rənglərinin vəhdəti var.
Hər biri şah əsəri, xalqıma çox verdi qürur
Bakıda Fatmeyi məşhurdusa, Şirvanda Nabur.
Qarabağda Şuşa, Təbrizdə Sərab tapdı uğur
Bu qədim sənətdə hər bir elin öz xidməti var.
Ən gözəl xalçalara rast gəlirik Borçalıda,
Geri qalmır İrəvan, həm Qazax, həm Faxralı da.
Bölgələr fərqli naxışlar yaradıb hər xalıda
Hərəsində neçə insan əməyi, zəhməti var.
Xalça var Ərdəbilin incisi, dürlü səbəbi
Düz on altıncı əsrdən dolaşır hər tərəfi.
İndi london muzeyində qorunur Şeyx Səfi
Bu Azərbaycana məxsusdur, həmin dövləti var.
Məşhurdur xalçası Zaqatalanın, Naxçıvanın
Adını çəkməmək olmaz Qubanın, lənkəranın.
Onların hər biri tarixdə qoyub öz nişanın
Hər elin, hər diyarın ənənəsi, adəti var.
Hələ Pazırıq kimi xalça da var qiymətli
İki min beş yüz il əvvəl toxunan zinətdi.
Sankt-Peterburqda, Ermitajdadı bir müddətdi
Belə nadir xalının dünya qədər qiyməti var.
Erməni xalçamıza göz dikib israrla bu gün
O, əzəldən seçilir hər işə salmaqla düyün.
Sən gərək türk olasan türk naxışı vurmaq üçün
Azəri türkünün öz neməti, öz sənəti var.
“Azər-İlmə”nin işi fəth eləyir zirvələri
Salıb öz sehrinə dünyanı onun ilmələri.
Və bu heyət verəcək xalqına hələ xoş töhfələri
Gələcək üçün hələ çox məqsədi, çox niyyəti var.
Bu qədim yurdda qədim xalçaçılıq sənəti var
Elə məşhurdur ki, dünayada şanı, şöhrəti var.
1...,163,164,165,166,167,168,169,170,171,172 174,175,176,177,178,179,180,181,182,183,...200