170
Xalça sənətinin təbliğini qarşısına məqsəd qoyan “Azər-İlmə” bu qədim sənətin daha da geniş
yayılması istiqamətində işlərini davam etdirir. Xalça haqqında kitab, broşür, jurnal nəşr etdirən
“Azər-İlmə” bu dəfə ilmələri sözə, sözləri isə musiqiyə çevirdi. Meyxanaçı Mehman Əhmədli
Azərbaycanın bütün xalça məktəblərini geniş əhatə edən şeir yazdı. Onu nota köçürərək ruh
oxşayan musiqiyə–meyxanaya çevirdi. Vidadi Muradovun təklifi ilə rejissor Günel Şakir,
operator Nadir Mehdiyev bu musiqi ilə vaxt baxımından kiçik, fikir, ideya baxımından çox
böyük bir film yaratdılar. Hər bir xalça, məktəbinə uyğun olaraq, təmsil etdiyi bölgənin tarixi
abidələri, naxışları, ənənələri ilə birgə verilərək, xalça məktəbləri haqqında dolğun təəssürat
yaratdı. Klipə baxan hər kəs altı dəqiqə ərzində xalça toxunmasının bütün mərhələləri – ip
əyirilməsi, boyanması, toxunması, yuyulması və digər mərhələləri ilə tanış olur. Klipdə 2008-
ci ildə may ayının 15-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və YUNESKO-nun keçmiş baş direktoru Koişiro
Matsuuranın iştirakı ilə kəsilən və “Azər-İlmə”nin toxucuları tərəfindən toxunan orijinal ölçülü
“Şeyx Səfi” xalçasının təsviri verilib. Klipi seyr edən tamaşaçılar milli musiqinin sədaları altında
diyirlənərək, bütün Azərbaycanı dolaşan yumaq vasitəsilə yurdumuzun biri-birindən gözəl,
rəngarəng xalıları ilə tanış olur və yenidən Bakıya – “Azər-İlmə”nin sehrli aləminə qayıdırlar.
1...,162,163,164,165,166,167,168,169,170,171 173,174,175,176,177,178,179,180,181,182,...200