27
D
A
1909-cu ildə Bakı Dumasının
iclasında bələdiyyənin tikinti
şöbəsinin müdiri Məhəmməd
Həsən
Hacınski
əhalinin
asudə vaxtının keçirilməsi
üçün Dənizkənarı Bulvarın
yaradılacağını bildirir. Bulvarın
tikintisinə Bakı Duması 600
min rubl ayırır. İlk bulvar
uzunluğuna görə indikindən
xeyli qısa olub. Bulvar Qafqaz
Merkuri Körpüsündən (indiki
Kukla teatrı) başlayaraq, Seyid Mirbabayevin evinədək (Azneft meydanı) uzanırdı.
1950–1960-cı illərdə bulvarda “Mirvari” kafesi, “Venesiya” su şəhərciyi, “Bahar” kinoteatrı və digər istirahət
obyektləri istifadəyə verilib.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı vaxtdan tikinti-
quruculuq işləri geniş vüsət aldı. Dənizkənarı bulvar da yenidən qurulmağa başlandı. Tezliklə onun uzunluğu
3,7 kilometrə çatdırıldı. Heydər Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı “Bakı şəhərindəki Dənizkənarı
Bulvara Milli Park statusu verilməsi haqqında” fərmandan sonra burada təmizlik, abadlıq və yenidənqurma
işləri daha da sürətləndi. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında” 10 yanvar 2008-ci il tarixli fərmanına əsasən isə
Dənizkənarı Milli Parkın idarəetmə sistemi təkmilləşdirildi. Dənizkənarı Milli Parkda müasir standartlara
cavab verən attraksionlar, karusellər quraşdırıldı. Hazırda bulvarın ərazisinin artırılması da nəzərdə tutulur.
Belə ki, Bibiheybət və Zığ istiqamətlərində genişləndirilən Dənizkənarı Milli Parkın ümumi uzunluğu 25
kilometrə çatdırılacaq.
1998
Dənizkənarı Milli Park
Muğamın gücü və sənətkar ifası – bu ikisinin
qovuşması elə bir ab-hava yaradır ki, daha sözə
ehtiyac qalmır. Söhbət ifasında qəribə cazibə,
mistika olan dünya şöhrətli xanəndəmiz Alim
Qasımovdan gedir. Alim Qasımov hər bir
sənətkarın can atdığı ali mükafata – YUNESKO
Musiqi Mükafatına layiq görülür. Bu mükafat
nüfuzuna görə, dünyada Nobel mükafatına
bərabər tutulur.
Eyni zamanda YUNESKO-nun sifarişi ilə Alim
Qasımov haqqında sənədli filmdə çəkilir və filmin
ilk təqdimatı 1999-cu il noyabrın 19-da Aaxen
şəhərində baş tutur. Fransa, İngiltərə, Almaniya,
İspaniya, Braziliya, Honq-Konq, Yaponiya, İran
və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə
konsertlərlə çıxış edən xanəndə Azərbaycan
muğam sənətini bütün dünyada tanıdaraq , milli
mədəniyyətimizin inkişafında böyük rol oynayır.
1999
Alim Qasımov
1...,19,20,21,22,23,24,25,26,27,28 30,31,32,33,34,35,36,37,38,39,...200