28
S
Q
I
Azərbaycan tarixinin və mədəniyyətinin incisi,
Bakının canı-qanı olan İçərişəhər kompleksi 1977-ci
ildə “tarix-memarlıq qoruğu” statusu aldı. Burada
aparılan arxeoloji qazıntılar zamanı milli dövlətçilik
tariximizin gizli səhifələri öyrənilib, qədim Bakının
strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar aşkar
olunub. Elə buna görə də 1985-ci ildən Dövlət Tarix-
Memarlıq Qoruğu elan edilən İçərişəhər 2000-ci ildən
YUNESKO-nun Dünya mədəni irs siyahısına daxil
edilib. 17 fevral 2003-cü ildə prezident Heydər Əliyev
“Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun
mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında”
sərəncam imzalayıb. Məhz bu sərəncamdan sonra burada tikinti işləri dayandırılıb və şəhərin tarixi
simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanılıb. Prezident
İlhamƏliyevin 2009-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri haqqında”
sərəncamına əsasən, İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi gözlənilən, tarixi-memarlıq
əhəmiyyətinə malik olmayan tikililərin yerində ənənəvi küçə şəbəkələrinin olduğu kimi saxlanılması
şərti ilə, turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və kommunikasiya
sisteminin dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün vəsait ayrılıb.
İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində
Azərbaycanın xəzinəsi göz oxşayır. Bu xəzinə öz mükəmməlliyi
və memarlıq üslubu ilə bu gün də hər kəsi heyrətləndirən
“Şirvanşahlar Sarayı” ansamblıdır. Şəhər mədəniyyətinin
başlanğıcı olan, tariximizin şanlı səhifələrini özündə can-
landıranbumemarlıq incisiAzərbaycan tarixində ənuzunömürlü
dövlət olan Şirvanşahların hökmdarı I Şeyx İbrahim tərəfindən
XV əsrin əvvəllərində salınıb. Hündür portallı və minarəli
günbəzlə tamamlanan saray binaları, ornament və kitabələrin
təkraredilməz incə və həcmli oyma təsvirləri, qüsursuz yerinə
yetirilən detalları, daşların çox gözəl hörgüsü əsrlər boyu bu
xəzinənin təravətini saxlayıb. Kompleks bənzərsizliyi ilə 2000-ci ildə YUNESKO tərəfindən Ümumdünya
mədəni irsi siyahısına daxil edilib. Onu da qeyd edək ki, abidədə təmir-bərpa işləri 80-ci illərdən başlansa da,
müəyyən səbəblərdən uzun müddət ləngidilib. Ümummilli lider Heydər Əliyev 1999-cu ildə Novruz bayramı
günü saraya gəldikdən sonra abidədə təmir-bərpa işləri sürətlənib, 2006-cı ildə isə tam başa çatıb.
İçərişəhərin cənub-şərq hissəsində ucalanAzərbaycan memarlığının
bu nadir tikilisinin Şərqdə analoqu yoxdur. Abidə bu gün də hər
şeydən əvvəl bənzərsiz forması ilə diqqəti çəkir. Qız qalası sahil
qayasının çıxıntısında, yerli boz əhəngdaşından tikilib, hündürlüyü
28 m, diametri 16,5 m-dir. Divarlarının qalınlığı binanın özülündə 5
m, yuxarıda 4m-dir. Şərq tərəfdən qalaya çıxıntı birləşir; onun təyinatı
hələ də bəlli deyil. Daxildən qala 8 mərtəbəyə bölünüb. Mərtəbələrin
hər biri indi dəyirmi dəliyi olan daş qübbə ilə örtülüb. Adı ilə bağlı
əfsanələr yaranan, Azərbaycanın ən möhtəşəm və sirli memarlıq
abidəsi sayılan Qız qalası 2000-ci ildə YUNESKO-nun Ümumdünya
irsi siyahısına salınıb. Qala 1964-cü ildən muzey kimi fəaliyyət
göstərməyə başlayıb. Son illərdə Qız qalasında və onun ətrafındakı
meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi artıq
ənənə şəklini alıb.
2000
İçərişəhər
Şirvanşahlar sarayı
Qız qalası
1...,20,21,22,23,24,25,26,27,28,29 31,32,33,34,35,36,37,38,39,40,...200