29
C
M
A
Xalqımızın milli sərvəti olan muğam dünya
musiqi xəzinəsinin incilərindən biri kimi əsrlər-
dən bəri təravətini qoruyub saxlayır. Müstəqillik
dövründə isəmuğamlarımızın təbliğinəbir qədər
də diqqət artırıldı. Azərbaycan xanəndələrinin
xaricdə müxtəlif musiqi festivallarında, beynəl-
xalq müsabiqələrdə, mötəbər layihələrdə işti-
rak etmək, milli musiqimizi dünyada təmsil
etmək, tanıtdırmaq imkanları genişləndi. Bu
sənət professional musiqi mədəniyyətimizin
şifahi irsinin mühüm qismini təşkil etməklə,
Azərbaycan xalqının mədəni ənənələrində və
tarixində dərin köklərə malikdir. Muğamlarımız
hər bir azərbaycanlının milli özünüdərkidir.
Həm milli, həm də bütün bəşəriyyətin mədəni
irsi üçün Azərbaycan muğamının bədii dəyəri,
yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi
nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf
olunub. YUNESKO muğamı “bəşəriyyətin şifahi
və qeyri-maddi irsinin şah əsərlərindən biri”
elan edib.
XVIII əsrin sonu – XIX əsrin əvvəllərində yaşamış, öz qəhrəman-
lığı ilə xalqın yaddaşında əbədi ömür qazanmış Cavad xanın
hakimiyyəti dövründə Gəncə xanlığı xeyli inkişaf edərək
möhkəmlənmişdir. Bundan narahat olan çar Rusiyası təcili olaraq
Gəncənin çar hökumətinə tabe etdirilməsi planını hazırlayır. lakin
çar Rusiyasının təslimçilik siyasətinə qarşı qəti etirazını bildirən
Cavad xan yadellilərə qarşı mərdlik və qəhrəmanlıq nümayiş
etdirir və 1804-cü il yanvarın 3-də oğlu Hüseynqulu ağa ilə birgə
həlak olur. Gəncəlilər onu Cümə məscidində dəfn etsələr də,
sovetlər dövründə məzar ümumşəhər qəbiristanlığına köçürülür.
1990-cı ilmartın20-dəCavadxanınməzarı şəhər qəbiristanlığından
öz əvvəlki yerinə – Cümə məscidinin həyətinə qaytarılır. lakin bu
dəfə də baxımsızlıqdan yararsız vəziyyətə düşür. Azərbaycan Respublikasının Prezideti İlham Əliyev 2004-cü
ildə Cavad xanın uyuduğu yerdə məqbərənin tikilməsi barədə tapşırıq verir. Tapşırığa əsasən Heydər Əliyev
Fondu rəhbərinin dəstəyi və yaxından köməyi ilə Cavad xanın qəbrinin üstündə türbə ucaldılır. 2005-ci ildə
türbənin açılış mərasimi gerçəkləşir.
Bütün SSRİ ölkələrində olduğu kimi, 1936-cı ildə
Azərbaycanda da filarmoniya yarandı. Müslüm
Maqomayevin adını əbədiləşdirmək niyyətilə filar-
moniyaya bəstəkarın adı verildi. Azərbaycan musi-
qisevərlərinin könlünü oxşayan bu möhtəşəm konsert
təşkilatının binası 1996-cı ildən bəri təmir işləri ilə
əlaqədar fəaliyyət göstərmirdi. 8 illik fasilədən sonra
binada təmir işlərinə başlanıldı və mərhum prezident
H. ƏIiyevin şəxsi səyi və istəyi nəticəsində filarmoniya 8
aylıq təmirdən sonra 2004-cü il yanvarın 27-də təntənəli
şəkildə tamaşaçılara təhvil verildi. Hazırda Azərbaycan
Dövlət Filarmoniyası Respublikanın aparıcı konsert
təşkilatıdır. Filarmoniya klassik musiqinin təbliğində
müstəsna rol oynayır. Burada xarici ölkələrdən gələn
məşhur solistlərin də çıxışları təşkil edilir.
2003
Muğam sənət
i
2005
cavad xan məqbərəsi
2004
Azərbaycan Dövlət Filarmoniyası
1...,21,22,23,24,25,26,27,28,29,30 32,33,34,35,36,37,38,39,40,41,...200