85
– Sizcə, Azərbaycan xalçalarını digər xalçalardan
fərqləndirən nədir?
– Azərbaycan xalçalarını digər xalçalardan fərqləndirən
onun incə naxışları, sıxlığı və ən əsası təbiiliyidir. Sizin
xalçalarda rəng çalarları da çox dəqiq seçilir. Bu da
xalçalarınızı daha gözəl və baxımlı edir.
– Kolleksiyanızda hansı Azərbaycan xalçaları var?
– Demək olar ki, Azərbaycanın bütün xalça qruplarından
nümunələr var. Şirvan, Qazax, Qarabağ nümunələri
üstünlük təşkil edir. Kolleksiyamda çox bəyəndiyim gözəl,
əjdahalı sumaxlar var. Burada xurcun, məfrəş, cicim, kilim
kimi Azərbaycan xalça məmulatları da çoxdur.
– Bəs ən çox bəyəndiyiniz Azərbaycan xalçası hansıdır?
– Azərbaycan xalçaları arasında ən çox Qazax qrupuna
aid olan xalçaları bəyənirəm. Qaraçöp, Çələbi xalçalarını
xüsusilə sevirəm.
Xalça. Yun. Xovlu. 300x210. 1840-cı il. Loru mahalı, Qızıldaş kəndi, Qərbi Azərbaycan.
1...,77,78,79,80,81,82,83,84,85,86 88,89,90,91,92,93,94,95,96,97,...200