87
Bu rəmz türk tayfaları vasitəsilə Hin-
distana keçmiş, sonradan onu nasistlər
istifadə etmişlər. “OZ Damğası” o biri
dünyaya keçib, şəklini dəyişərək (meta-
marfoz) yenidən bu dünyaya qayıtma
düşüncəsini də özündə əks etdirirdi.
Qədimdə “haqq aşıqlarının” insan ru-
hunu Tanrıya qovuşdurduğuna inam o
qədər güclü idi ki, onları “OZAN” adlan-
dırırdılar. Günəş, həyat, xoşbəxtlik rəmzi
olan Çərxi-fələk e.ə. 8-ci minilliyə aid
qaya rəsmlərində gördüyümüz dünya
görüşünü bu günümüzə çatdırmışdır.
““OZ”laşaraq Tanrıya qovuşma” fikri
Mövlanələri, Yunus Əmrələri Anadoluya göndərən Əhməd Yəsəvinin təməl fəlsəfəsi
idi. Ona görə də Əhməd Yəsəvi üçün tikilmiş türbənin təməl bəzəyini svastika təşkil
edir.
Əhməd Yəsəvi (1093–1156) türbəsinin ana qapısının sağ və sol tərəflərində svastika
müxtəlif formada təsvir edilmişdir.
Bir çox alimlər bu işarəni günəşin simvollarından biri olaraq qəbul edirlər. Bu
tədqiqatçılara görə svastika insan oğlunun günəşə olan ibtidai inancı və ya günəş
kultunu rəmzləşdirir. Ona görə də svasika işarəsi ilə günəş bir-birinə bənzəyir.
Təkallahlılığa inam türklər arasında hələ İslamdan əvvəl yaranmış və bunu bizə
gəlib çatmış yazılı mənbələrin tədqiqi göstərir. Bu inanc və Tanrıya yetişmə od kul-
tunun, atəşgahların yaranmasına səbəb olmuşdur. Burada od kultunun oda sitayiş
deyil, Tanrıya yetişmək vasitəsi kimi istifadə olunduğunu qeyd etmək lazımdır. Bu
kultla bağlı mərasimdə Ön Türklər toplanaraq, öz aralarından birini Buğ (bəy-cəd)
seçər, həmin şəxs xalqına qul, kölə kimi xidmət edər, o ölərkən əgər xalqına yax-
şı xidmət etmişsə, vücudunun oda verilməsi qərara alınardı. Atəşgahda qurulan
mərasimdə Buğun vücudu yandırılır, ruhu Tanrıya, vücudunun külləri və ya yarıya-
nıq sümükləri isə gil qablarda saxlanılırdı.
Odla bağlı digər kult – “Günəş kultu”dur. Türklər günəşdə Tanrının enerji, işıq
qüdrətini görürdülər. Planetimizə həyat verən, günəş enerjisini dörd cəhətə yayan
bu kult Çərxi-fələk (Svastika) simvolu ilə rəmzləşdirilir.
Bəlkə də, Samux şəhərində aparılmış arxeoloji qazıntılar zamanı tapılmış, b. e. ə. II
Namazlıq. Yun. Xovlu. 131x102. XIX əsrin ortaları.
Qazax qrupu. Azərbaycan
1...,79,80,81,82,83,84,85,86,87,88 90,91,92,93,94,95,96,97,98,99,...200