86
Xalıya namə
yaZmıŞam, oXu...
Altı min ildən çox yaşı olan, 2010-cu ildə YUNESKO-nun “Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilmiş Azərbaycan xalçaçılıq
sənətinin hər bir nümunəsi, sanki, qədim zamanlardan bizə gəlib çatmış
canlı məktublar kimi özündə cəmləşdirdiyi müxtəlif naxışların dili ilə milli
adət-ənənələrimizdən, müxtəlif tarixi dövrdə yaşanan hadisələrdən bəhs
edir. Görəsən, xalçaçılarımızın zərif əllərinin bəhrəsi olan əsərlər bizə hansı
həqiqətləri çatdırmaq istəyir? Bəlkə də, soy-kökümüzə dönüşün yollarını
göstərməklə keçmişimizi unutmamağa çağırır...
X
alçaçılıq sənətinin digər xalq-tətbiqi sənət növlərindən əsas fərqi burada
istifadə olunan qədim naxışların ornamentlər halında bitkinləşərək gözəl
kompozisiya yaratmasıdır. Belə ki, digər sənət növlərində bu və ya digər
naxışlar ayrılıqda istifadə olunur.
Orijinal həndəsi quruluşu ilə seçilən, Quba, Qarabağ, Gəncə, Qazax xalçalarında
tez-tez rast gəlinən bərabərtərəfli xaçın forma müxtəlifliklərindən olan svastikanın,
görəsən, mənası nədir?
Quba xalça məktəbinə xas nümunələrdə “Qədim minarə”, “Qımıl”, “Sumax” xal-
çalarında svastika və trikvestrlər daha çox S-şəkilli su elementləri ilə işlənir. Bu da
həmin ərazidə suya münasibət, suya tapınma faktları ilə bağlıdır.
Alpan kəndi ərazisində şeyxlərin, mövlanələrin dəfn olunması, burada yerli ca-
maatın onlara “Subaba” deməsi, suyun Susay kəndində yerin təkindən çıxıb, Su-
batan kəndində itməsi, Nizobada yenidən görünməsi, sonra dənizə qovuşması
ərazinin qədimliyindən, burada yaşayan insanların min illərdən bəri adət-ənənələrə
sadiqliyindən və onu xalça vasitəsilə gələcək nəsillərə çatdıraraq yaşatmasından irəli
gəlir. Bəlkə də, Günəş rəmzi olan svastikanın su elementləri ilə bərabər xalçada təsviri
Günəşlə suyun torpaqlara bərəkət gətirməsinə işarədir.
Nəyə görə biz onu incəsənətin bütün növlərində, tarixi, mədəni, dini və memarlıq
abidələrində, arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələrində
görürük?
Svastikanı – çərxi-fələyi dünya xalqları müxtəlif cür yozumlamışlar. Dosent, doktor
Tahsin Parlaq “Turan yolunda Aralın sirləri” adlı kitabında Svastikanı “OZ damğası”
adlandırmış və onun Ön Türklərin Tanrıya yetişməsini təcəssüm etdirdiyini bildir-
mişdir.
Mətn: Gülşən HÜSEYNOVA
1...,78,79,80,81,82,83,84,85,86,87 89,90,91,92,93,94,95,96,97,98,...200