120
46, 67, 86 saylı qayalar üzərində insanlar əl-ələ tutmuş şəkildə rəqsi
ifa edərkən təsvir olunmuşdur. 9 saylı daşın üzərində isə otuz doqquz
nəfər əllərini bir-birlərinin çiyninə qoyaraq ritual “Köçəri yallısı”nı
oynayarkən verilmişlər.
Qobustan qayaüstü təsvirlərində müşahidə olunan bu ritual rəqs
keramika, metal və xalça məmulatı üzərində də öz əksini tapmışdır.
Qızılvəng və Gəncəçay abidələrindən əldə olunan küpələrin üzərində
biz “Yallı” rəqsini izləyirik. Qızılvəng qabının üzərində yallı gedən qa-
dın və kişi təsvirləri vardır. Qabın ana sahəsində verilmiş bu təsvirlərdə
biz əl-ələ tutmuş insanların “Şərur yallısı”nı ifa etdiklərini görürük.
Onlardan birinin əlində dəsmal vardır. İnsanlar hər iki tərəfdən qabın
üzərini bəzəyən içi torlanmış böyük üçbucaqlarla əhatə olunmuşdur.
Doldurucu elementlər olan haşiyələr “su”yu simvolizə edən xətlərlə
verilmişdir.
Gəncəçay küpəsi üzərində isə əl-ələ vermiş insanlar şərti olsa da, rit-
mik hərəkət dinamikasında təsvir olunmuşdur. İbtidai rəssam bu qab
üzərində həm “Yallı” rəqsini vermiş, həm də rəqsin vasitəsilə insanları
çərxi-fələk formasında təsvir etmişdir.
Bildiyimiz kimi, Çərxi-fələk işarəsi bəzən insanın yana açılmış qol-
larını özündə simvollaşdırır, əbədi hərəkəti və günəşin simvolunu
təmsil edir. Qabların hər ikisi tunc dövrünə aid edilir.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdən tapılan muncuq da ol-
duqca maraqlıdır. Muncuq stilizə olunmuş insanlardan ibarət olub,
“Yallı” rəqsini özündə ifadə edir. Muncuq VII-V əsrlərə aid edilir.
Bu tip insan təsvirlərinə biz Qobustanın Böyükdaş 78 saylı qaya
təsvirlərindən birinin üzərində də rast gəlirik. Böyükdaş qaya təsviri
üzərindəki insanlar Mingəçevir boyunbağısının üzərindəki insanlar
kimi əlsiz verilib, ayaq hissədən bitişik yumurlanmış vəziyyətdədirlər.
Həm qaya təsvirindəki, həm də muncuqdakı insanların hər ikisinin
belində kəmər təsvir olunub. İ. Cəfərzadə bu qaya təsvirini “Yed-
di gözəl” adlandırmış və onları qadın təsviri kimi vermişdir. “Yallı”
rəqsinin təsvirlərinə xalçalar üzərində də rast gəlinir. Azərbaycanda
toxunan xalçalardan biri “Mərazad” adı ilə tanınan Quba-Şirvan tip-
li xalça növlərinə aid olub, “Çuxalı”, “Nabur”, “Gəlyar” və s. adla-
rı ilə də məşhurdur. xVI əsrdə yaşamış türk səyyahı Övliya Çələbi
Azərbaycana səyahət edərkən bu xalçanı “Mərazad” adı ilə öz yazı-
larında vermişdir. Dövrünə görə ticarət mərkəzlərində bu xalça “Qo-
bustan” adı ilə tanınırdı. xalçanın əsas kompozisiya sahəsini yuxa-
rı və aşağı hissələrdə Azərbaycan xalq rəqsi “Yallı”nı ifa edən insan
təsvirləri bəzəyir. Bu təsvir xalça sənəti ustaları arasında “ələ-ələ”
adı daşıyır. Rəqs xalçalar üzərində əsasən şərti xarakter daşıyır. “Yal-
lı” qədim türk tayfalarının kütləvi və ritmik xalq rəqsidir. Ritm na-
xış kompozisiyasının ardıcıl olaraq təkrarlanmasından yaranan bir
hərəkət dinamikasıdır. Rəqsin ifası zamanı ifaçıların sayı 10-15-dən
100 nəfərədək olur. “Yallı” rəqsi zamanı kişi və qadınlardan dəstə
düzəldilir. Dəstənin başında duran rəqqas “yallıbaşı” əlində yaylıq və
yaxud çubuq tutur, axırdakı rəqqas isə "ayaqçı" adlanır. Rəqs əvvəl
ağır templə başlayır, getdikcə sürətlənir. İfaçılar ritmik hərəkətlə
dövrəvi rəqs edirlər.
Nizami Gəncəvi “xosrov və Şirin” poemasında da bu rəqs haqqında
yazmışdır. Rəqs zamanı əsasən, ayaq hərəkətlərindən istifadə olunur.
Bu da rəqsdə dinamik bir ab-hava yaradır.
1...,112,113,114,115,116,117,118,119,120,121 123,124,125,126,127,128,129,130,131,132,...204