119
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
İnkişaf etmiş dünya xalqları ilə ya-
naşı, Azərbaycan xalqının da qədim
dövrlərdən bu günümüzə miras qal-
mış zənginmədəniyyət və mənəviyyat
xəzinəsi vardır. Azərbaycanın Yaxın
Şərqin qədim mədəniyyət ocaqların-
dan biri olmasını arxeoloji qazıntılar
nəticəsində ərazidən əldə edilən bədii
tərtibatlı maddi mədəniyyət nümu-
nələri bir daha təsdiq edir. Qədim
dövr sənətkarlarının yaradıcılığının
məhsuluolanəşyalarvəonlarınüzərini
bəzəyən müxtəlif naxış elementləri və
süjetli kompozisiyalar qədim tayfa-
ların həyat məqsədlərindən, ideoloji
tələblərindən, dünyagörüşlərindən,
dini inanclarından xəbər verən dəyərli
mənbələr sayılır.
Azərbaycan xalqının, eləcə də bü-
tün türk dünyasının kütləvi xalq rəqsi
olan “Yallı” təsvirlərinə gəldikdə
isə onlar daha çox Qobustan qaya
təsvirləri, eneolit və tunc dövrü ke-
ramika məmulatları, qədim xalçalar
üzərində və dəmir dövrünün bədii
metal məmulatlarında izlənir. Etnoq-
rafik mənbələrə görə, “Yallı” qədim
Azərbaycan tayfalarının ritual rəqsi
sayılır. Rəqs özündə qəhrəmanlıq
motivləri ilə yanaşı qədim tayfaların
əhvali-ruhiyyəsini, güc və birliyini əks etdirir.
Göründüyü kimi qədim dövr təsviri incə-
sənətinin özəyini təşkil edən çoxsüjetli kompo-
zisiyalar Azərbaycan tayfalarını təmsil edir.
Rəqsin təkcə bu günümüzdə deyil, minilliklər
boyu qədim Azərbaycan tayfaları arasın-
da geniş yayıldığı arxeoloji qazıntılar zamanı
əldə olunan maddi mədəniyyət nümunələri
əsasında təsdiqlənir. Hələ e. ə. V-I minilliklərdə
Azərbaycanda
musiqi,
rəqs
oyun
mədəniyyətinin təşəkkül tapdığı göstərilir.
Eramızdan əvvəl Azərbaycan ərazilərində ya-
şayıb-yaratmış qədim tayfa birlikləri mədəni və
bədii yaradıcılıq irslərini özlərindən sonra gələn
nəsillərə miras qoyub getmişlər.
Qaya, keramika, metal və qədim xalçalar üzə-
rində təsvir olunan naxış və kompozisiyalar
Azərbaycanın qədim dövr təsviri incəsənətinin
çox geniş yayılmış bir qoludur. Qədim za-
manlardan Azərbaycan–türk tayfalarının
təfəkküründə naxışların əsas məqsədi insan
həyatına gərək olan hər bir şeyə simvolik xa-
rakter verməkdən ibarət olmuşdur. Naxışlar
qədim tayfaların təfəkküründə əsasən təbiət
hadisələri, dini inanclar, həyat gerçəkliklərini
daşımaq imkanına malik olmuş və onların
zəngin mənəviyyatının, mədəniyyətinin və
eləcə də incəsənətinin tərkib hissəsi kimi bədii
məmulatlar və qayalar üzərində tətbiq olun-
muşdur. Bu baxımdan Azərbaycan tayfalarının
yaratdığı çox zəngin mənəvi mədəniyyət irsi
nümunələrindən biri olan xalq rəqsləri də kom-
pozisiyalar şəklində qədimməmulatlar üzərində
öz əksini tapmışdır.
Bu günümüzdə də xalqımızın həyat və məişə-
tində xüsusi yer tutan rəqslər öz məzmunu eti-
barı ilə olduqca geniş və rəngarəng olub, maddi
və mənəvi yaradıcılığın bütün sahələrini əhatə
edir. xalqın mənəvi sərvətinin digər formaları
kimi rəqslər bəşərmədəniyyətimizin xəzinəsidir.
Rəqslərin mənşəyinə gəldikdə isə incəsənətin
bu qolu insan təfəkkürünün gərəyincə formalaş-
dığı çağlarda meydana gəlmişdir.
Qədim tayfaların yaradıcılığının əsas növlə-
rindən biri olan ritual rəqs təsvirləri arxeoloji
abidələrdə realist və şərti üslubda işlənmiş ob-
razlı rəsmlərlə səciyyələnmişdir. Qədim dövr
sənətkarlarının bədii məmulatlar və qayalar
üzərində təsvir etdikləri bu həyat gerçəklikləri
dəyərli tarixi mənbələr olmaqla yanaşı, Azər-
baycan ərazisində olan mövcud cəmiyyətin mu-
siqi, rəqs və mənəvi mədəniyyətini özündə əks
etdirir. Qədim təsvirlər, əsasən, müxtəlif naxış
və süjetlərdən ibarət olub, dövrünün mənəvi
tələbatını ödəmiş, qədim tayfaların həyat
məqsədlərinə, ideoloji və mənəvi tələblərinə,
dünyagörüşlərinə, dini inanclarına xidmət et-
mişdir.
“Yallı” təsvirlərinə gəldikdə isə onlar Azər-
baycan ərazisində daha çox Qobustan pet-
roqliflərində izlənilir. Böyükdaşdakı 9, 46, 86
saylı qayaların üzərində “Yallı” gedən insanlar
təsvir olunmuşdur.
Təsvirlər İ. Cəfərzadə tərəfindən e. ə. IV minil-
liyə aid edilmişdir.
1...,111,112,113,114,115,116,117,118,119,120 122,123,124,125,126,127,128,129,130,131,...204