117
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
ya gəlib işlərlə maraqlanırlar. Mədəniyyət
və İncəsənət Universitetindən də tələbələr
gəlir. Onları buraya gətirən xalçaya olan
sevgidir. Demək, gənclərin bu sənətə mara-
ğı var. Kim deyirsə yoxdur, deməli, tələbəni
maraqlandıra bilməyib. Mənim gənc
nəsildən şikayətim yoxdur. Əksinə, onlarda
bu sənətə sevgi, diqqət görürəm.
- Keçmişdə evlərin bəzəyi xalça idi. Bəs
indi interyerin bəzədilməsində xalçadan
nə dərəcədə istifadə olunur?
- Təəssüf ki, daha çox maşın xalçası alınır.
Çox istərdim ki evləri, idarələri Azərbaycan
xalçaları bəzəsin. Əslində, bu ənənə ailədən,
evdən başlayır. Əgər bu gün gənc ailə evin-
də döşəməyə xalça sərirsə, o ailədə dünyaya
gələn uşaqda da xalçaya sevgi, maraq ola-
caq. Bir dəfə Herisə həmkarımın evinə qo-
naq getmişdim. Uşaq gəlib anasına dedi ki,
qolu ağrıyır. Anası da ona qolunu xalçaya
sürtməyi məsləhət gördü. Uşaq da qolunu
xalçaya sürtdü, sonra durub getdi–ağrıdan
şikayəti qalmadı. Yəni xalça bizim həya-
tımıza bu qədər yaxındır. Həm də inam bü-
tün dərmanlardan daha güclüdür.
- Hazırda hansı əsərlər üzərində işləyir-
siniz?
- “Səttarın arzusu” adlı əsərə başlamışam.
Bu əsərin ideyasını mənə Səttar Bəhlulzadə
özü verib. 1974-cü ildə Ə. Əzimzadə adına
Rəssamlıq məktəbində oxuduğum vaxtlar-
da evə gələndə dedilər ki, Səttar Bəhlulzadə
məni gözləyir. Gördüm yerdə uzanıb ya-
tıb. Oyatmaq istəmədim. Bloknot və qələmi
götürüb şəklini çəkdim. İndi həmin şəkil
Mədəniyyət və Turizm Nazirliyinin Səttar
Bəhlulzadənin 100 illiyi münasibəti ilə
nəşr etdiyi kitaba daxil edilib. Tale elə
gətirdi ki, Səttarı sonuncu dəfə naturadan
çəkmək mənə qismət oldu. Həmin gün o
mənə dedi ki, Moskvaya gedib-gələndən
sonra Azərbaycanın bütün bölgələrini əks
etdirən bir rəsm çəkmək istəyir. Mən onun
arzularını ifadə edəcək bir əsər yaratmaq
fikrindəyəm. İdeya belədir ki, sərgi salo-
nundan asılmış bir xalçada Səttarın bütün
əsərləri əks olunub. Adı “Səttarın arzusu”
olacaq. Daha sonra isə “Şah İsmayıl xətai”
adlı bir kompozisiya işləmək arzusunda-
yam. Əsərə ilk baxışdan onun başdan-başa
naxışlarla işləndiyini görmək mümkün ola-
caq. Yaxından baxdıqda isə ayrı-ayrı fiqur-
lar görünəcək. Aparıcı mövzu isə xətainin
fəlsəfəsi – xeyirlə şərin mübarizəsi olacaq.
Kompozisiyada bir-birinə kömək edən can-
lılar təsvir olunacaq. Amma uzaqdan ba-
xanda xətainin portreti görünəcək.
1...,109,110,111,112,113,114,115,116,117,118 120,121,122,123,124,125,126,127,128,129,...204