121
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
”Yallı” rəqsi Naxçıvan, Şahbuz, Ordubad, Ma-
sallı, Lənkəran, Şəki, Qazax və s. yerlərdə daha
geniş yayılmışdır. Vaxtı ilə yüzdən artıq “Yal-
lı” havası olmuşdur (“Çolağı”, “Üç addım”,
“Köçəri”, “Dönə Yallı”, “Qaz-qazı”, “El Yallısı”,
“İki ayaq”, “Qaladan-qalaya”, “Şəranı” və s.).
Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış
zəngin maddi mədəniyyət nümunələrinin, eləcə
də müxtəlif materiallardan hazırlanmış bəzək
əşyalarının üzərində həyatla bağlı olan, real və
rəmzi məna kəsb edən maraqlı rəsmlər, işarələr,
damğalar müəyyən mərasimlərdə rəqslərin icra
olunduğunu, sonralar isə ilkin rəqs və musiqi
sənətinin yaranması ilə nəticələndiyini göstərir.
Qobustandakı “Qaval daşları”, “Halay”,
“Bənövşə” şəkilli oyunları xatırladan rəsmlər,
eləcə də Gəmiqaya təsvirlərində və Naxçıvanın
boyalı qabları üzərindəki rəqs səhnələri Eneolit
və Tunc dövründə Azərbaycanda musiqi-rəqs-
oyun mədəniyyətinin təşəkkül tapdığını sübut
edir.
İranın Təpə-Sialk III Eneolit dövrü abidə-
lərindən əldə olunan qab qırığı üzərindəki
təsvirə əsasən demək olar ki, bu rəqs Yaxın
Şərq tayfaları arasında da yayılmışdır. Bu da
qədim türk tayfaları ilə qonşu dövlətlər arasın-
da mədəni əlaqələrdən və qarşılıqlı təsirlərdən
xəbər verən dəyərli mənbələrdir. Əsrlərdən
bəri yüksək maddi və mənəvi dəyərlərini ya-
ratmış Azərbaycan xalqının Şərq xalqlarının
və dünya mədəniyyətinin inkişafında xüsu-
si yeri vardır. Maddi mədəniyyət nümunələri
üzərindəki rəsmlərdə olan dinamizm, “Yallı”
rəqsinin rəsmlərdə çəkilişi ibtidai rəssamların
müşahidə qabiliyyətinin əyani təzahürüdür.
Etnoqrafik müşahidələr isə bu rəqsin ardıcıl ge-
dişini izləməyə imkan verir. ”Yallı”ya bənzər
rəqslər müxtəlif adlarla Asiya və Avropanın bir
çox xalqları arasında da geniş yayılmışdır. Vaxtı
ilə Azərbaycan ərazisində bu rəqsin yüzdən artıq
oyun havası olması, arxeoloji bədii məmulatlar
üzərində təsadüf olunması, bu gün də xalqı-
mız tərəfindən el şənliklərində ənənəvi şəkildə
müxtəlif tərzdə ifa olunması bu ritmik rəqsin
hələ minilliklər keçsə belə xalqın yaddaşında
maddi və mənəvi yaradıcılığının sərvəti və tərkib
hissəsi olaraq qalacağını deməyə əsas verir.
Azərbaycanda aparılan arxeoloji qazıntı-
lar zamanı əldə olunan bu sənət əsərlərinin
6.000 ildən çox bir tarixi dövrü əhatə etməsinə
baxmayaraq, müxtəlif inkişaf mərhələlərinin
bədii yaradıcılığı və mənəvi mədəniyyətinin
kökləri bir-biri ilə bağlılıq təşkil edir. Hər bir
xalq dünya mədəniyyəti xəzinəsinə özünün
təkrarolunmazlığı ilə yanaşı, özünəməxsus
milli xüsusiyyətləri ilə seçilən, dərin bəşəri
nailiyyətlər kəsb edən, ağıl və zəka gücünə
zənginləşdirdiyi bədii sərvətlərini bəxş edir.
Azərbaycan xalqının minilliklər boyu inkişaf
etdirdiyi təsviri sənət nümunələri bu gün də
xalqın zəngin təcrübəsi nəticəsində xalq yaradı-
cılıq nümunələri üzərində tətbiq olunmaqdadır.
E. ə. yaşayıb-yaratmış qədim tayfaların mənəvi
sərvəti olan ritual rəqslər arxeoloji abidələrdə re-
alist üslubda olan obrazlı rəsmlərlə səciyyələnir.
Qədim dövr sənətkarlarının qaya, keramika
və metal məmulatlarında təsvir etdikləri həyat
gerçəklikləri dəyərli tarixi mənbələrdir.
Aparılan arxeoloji, etnoqrafik və folklor araş-
dırmaları kütləvi rəqs olan “Yallı”nın özündə
qəhrəmanlıqmotivlərini,qədimtayfalarınəhvali-
ruhiyyəsini əks etdirdiyini, güc, qüvvət, birlik,
mübarizlik təmsil etdiyini göstərir və rəqsin
qədim tarixi köklərə malik türk xalqları üçün xa-
rakterik olduğunu deməyə əsas verir. Şübhəsiz
ki, Azərbaycanın arxeoloji abidələrindən əldə
olunan bədii məmulatlar üzərindəki təsvirlərin
mənşəyindəki özünəməxsus xüsusiyyətlərin
kompleks tədqiqi gələcəkdə bu ərazilərin kök-
lü sahibi olan qədim etnosların mənşəyinin
müəyyənləşdirilməsinə daha yaxından kömək
edəcək və bu da qədim dövr dünya mədəniy-
yətinə, incəsənətinə dəyərli töhfə olacaqdır.
Ədəbiyyat
Azərbaycan Etnoqrafiyası. Azərbaycan MEA Arxeologiya və
Etnoqrafiya İnstitutu, III cild, Bakı, 2007
Avşarova İ. xocalı-Gədəbəy mədəniyyəti tayfalarının bədii
tunc məmulatı. (e. ə. xIV-VII əsrlər). Bakı, 2007
Avşarova İ. Azərbaycanın qədim dövr maddi mədəniyyət
nümunələrində astral işarələr və təsvirlər. Azərbaycan arxeolo-
giyası. 12 cild, İSSN 2218-0346, Bakı, Khazar University Press,
2009, N1
Əliyev V. Azərbaycanda tunc dövrünün boyalı qablar
mədəniyyəti. Bakı, 1977
Hadıyeva K. xIx-xx əsrin əvvəllərində Azərbaycanda
ənənəvi qadın bəzəkləri. Bakı, 2009
Археология зарубежной Азии. Москва, 1986
Джафарзаде И. М. Гобустан (наскальные изображения).
Баку, 1973
Керимов Л. Азербайджанский ковер. т. III, Баку, 1983
1...,113,114,115,116,117,118,119,120,121,122 124,125,126,127,128,129,130,131,132,133,...204