138
dur.­ Ümumiyyətlə, kukla hazırlamaq üçün
gə­rək bir çox sənət, peşə və elmləri dərindən
biləsən: heykəltəraşlığı, rəssamlığı, xarratlığı,
zərgərliyi, psixologiyanı, həndəsəni bilməlisən.
Həm saç ustası, həm modelyer olmalısan. Bu
sənət həm bahalı, həm zəngin sənətdir.
– Hazırladığınız ilk kuklanı xatırlayırsınız-
mı?
– Əlbəttə... ilk işimi nənəmə həsr etmişəm.
Hətta onun öz əli ilə hazırladığı qurama da
həmin kompozisiyada yer alıb.
– Yaradıcılığınızın erkən dövründə müraciət
etdiyiniz “nənə-baba” mövzularını indi hansı
mövzular əvəz edir?
– İndi əsasən fəlsəfi əsərlərə üstünlük verirəm.
Son illər “Qüvvə verən şəhər”, “Məbədə yol”,
“Nur”, “Məhəbbət”kimi kollajları və“Şəhrizad”,
“Şah”, “Şirvanşahların quşları”, “Qədim şəhərin
gözətçiləri”, “Rəqqasə” əsərlərini hazırlamışam.
– Ötən ilin sonlarında “Fusion doll” I Bakı
Beynəlxalq Kukla Biyennalesi keçirildi. Biyen­
naledə diqqət çəkən əsərlərdən biri də sizin
“Şəhrizad” əsəriniz idi...
– Şəhrizad şaha nağıllar danışa-danışa ona təsir
edir, fikirlərini dəyişə bilir. Çünki o, müdriklik
haqda danışır. Bu gözəl, müdrik qadın­özündə
nur gəzdirir. Elə həmin nurla da şahı xilas edir.
“Şəhrizad”ı yaradandan sonra fikir­ləşdim ki,
mütləq şahı da hazırlamalıyam. Belə­cə, bir ildən
sonra “Şah” da yarandı. Fərqli illər­də hazırlan-
dıqlarına baxmayaraq, indi hər ikisi bir kompo-
zisiyanı təşkil edirlər.
– Bəs sifariş olunan kuklaları necə hazırlayır­
sıznız–sifarişçinin tələbinə uyğun, ya öz istədi­
yiniz kimi?
– Xoşbəxtlikdən, sifarişçilər mənə və zövqümə
etibar edirlər. Ona görə də, sifarişçilər sarıdan
bəx­tim gətirib. Amma öz fikrini diktə edən bir-
iki sifarişçi ilə də rastlaşmışam. Belə olan hal-
da mən işləyə bilmirəm. Çünki zövqlərimiz,
düçüncələrimiz üst-üstə düşməyə bilər. Əsas
məsələ sifarişçinin xoş niyyətli olmasıdır. Mən
portret kuklalar hazırlamağı sevmirəm, amma
bəzən sifarişin əhəmiyyətini nəzərə alıb istis-
nalar edirəm. Məsələn, 2006-2007-ci illərdə bö-
yük məmnuniyyətlə Azərbaycanın çox tanın-
mış ziyalılarının, yüksək vəzifəli şəxslərinın
portretlərini hazırladım. Amma hansısa ada-
mın portretini sifarişçinin istədiyi şəkildə görə
bilmirəmsə, onda onu hazırlaya bilmərəm.
– İstedadlı, bacarıqlı xanımsınız. Özünüzü
daha hansı sahələrdə sınamaq istərdiniz?
– Gələcəkdə hər şey ola bilər. İnteryerə, binala-
ra dizayn verməyi çox sevirəm. Elə öz evim də
buna misaldır. Fikir vermişəm, nə yaradıram-
sa, bir müddət sonra həyatda öz yerini tapır.
Məncə, insanlar öz gözəl fikirləri, ideyaları ilə
həyatlarına rəng qata bilərlər. Hər şey insanın
öz əlindədir. Qəzəb, qibtə içində yaşamaq müm-
kün deyil. İnsanın qəlbində həmişə məhəbbət,
nur olmalıdır.
1...,130,131,132,133,134,135,136,137,138,139 141,142,143,144,145,146,147,148,149,150,...204