135
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Rəssamlar Evinin qalereyasındakı sərgilərdə
nümayiş olundu. Həmin dövrdə müxtəlif
yerlərdə çalışırdım. Sanki həyat daha da
püxtələşməm üçün mənə yaradıcılıq labo-
ratoriyaları açırdı. 1989-cü ildə Marionet
Teatrında “Arşın mal alan” tamaşasını hazır-
ladıq. Tamaşa böyük səs-küyə səbəb oldu,
maraqla qarşılandı. 1994-cü ildə isə Bakıda
keçirilən sərgimdə bir iş adamı əsərlərimi
görüb, mənə muzey yaratmağı təklif etdi.
Təklifi qəbul etdim və beləliklə “Çeşmə”
Mədəniyyət Mərkəzinin nəzdində ilk özəl
Milli Geyimlər və Kuklalar Muzeyini aç-
dıq. İki il ərzində muzey səmərəli fəaliyyət
göstərsə də, həmin iş adamı Bakıdan köçən-
dən sonra muzey işini dayandırmalı oldu.
– Elmira xanım, 2010-cu ildə İçərişəhərdə
“Köhnə Bakı obrazları – İçərişəhər XIX
əsr” adlı kolleksiyanız nümayiş olundu. O
kolleksiyada çox maraqlı tipajlar canlan-
dırmısınız...
– Bu kolleksiyanın hazırlanması təklifi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qo-
ruq İdarəsindən gəlmişdi. İnternet sorğu
nəticəsində köhnə Bakının iyirmi üç tipik
personajından on ikisi seçildi. Uşaqlıqda
nənəmin danışdığı nağılları, o vaxt keçir-
diyim hissləri yadıma saldım. Obrazların
xarakterlərini dəqiq müəyyənləşdirmək, xır-
da əşyaları, qədim çıraqları hazırlamaq, par-
çaları incəliklə, təkrarçılığa yol vermədən
seçmək və onları dövrə uyğun olaraq “qo-
caltmaq” lazım idi. Bir sözlə, İçərişəhər bö-
yük buket kimi bu kolleksiyada öz əksini
tapmalı idi. Bədii miniatürlərdən ibarət kol-
leksiyanı on aya başa çatdırdım. Kiçik Kar-
vansaranın “İncəsənət bağı”nda onun təqdimatı keçirildi. Kolleksiyanı hamı bəyənsə də,
təəssüf ki, sənətşünaslarımız öz fikirlərini yazmadılar. Sonra həmin kolleksiya Şirvanşah-
lar sarayına köçürüldü. Hazırda Heydər Əliyev Fondunun təklifi ilə on iki obrazın da-
vamını hazırlayıram. Bu sənətə qiymət verdiklərinə görə, həm Heydər Əliyev Fonduna,
həm də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə dərin minnətdarlığımı
bildirirəm.
– Bildiyimə görə, həmin kolleksiyada bütün obrazlara ad vermisiniz. Bu adlar nə
məna kəsb edir?
– Obrazlara, əsərlərə ad vermək mənim üçün çox vacibdir. Bununla, sanki, onları can-
landırıram. Məncə, adlar müəyyən zamana, dövrə, tarixi şəraitə uyğun qoyulur. Adlar ta-
rixi yaşadır. Kolleksiyadakı obrazlara “xan”, “Abdulla bəy”, “Tacir Heybətqulu”, “Zəngin
xanımMənzər”, “Toydan sonra Səkinə xanım”, “Faytonçu Qorxmaz”, “Çayçı Tofiq”, “Qoçu
Həsənbala”, “Mirzə Abbas”, “xanbala”, “Arşınmalçı Bağır” və mənim babamla nənəmin
şərəfinə “Baba Hacıağa” və “Nənə xanımana” adlarını verməklə o zamanın ruhunu müasir
tamaşaçılara çatdırmaq istəmişəm.
– Müsahibələrinizdə deyirsiniz ki, sərgilərdə həmişə nənə kuklaları alırlar, “babalar”
tək qalır və siz “babalara” yeni “nənələr” hazırlamağa məcbur olursunuz...
l
d
r
n
d
n
d
1...,127,128,129,130,131,132,133,134,135,136 138,139,140,141,142,143,144,145,146,147,...204