137
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
de­yil. Nənənin həndəvərindəki pişiklər, si-
çanlar da xoşbəxtdir. Çünki bu pişiklər si-
çanları yemirlər. Yəni, bu kompozisiyada
məhəbbət tam şəkildədir, hamıya aiddir.
Hər əsərimin, kuklamın öz hekayəsi var.
– Bəs ən maraqlı hekayə hansıdır?
– Sözsüz ki, “Ağ dəvə”nin hekayəsi. Bu,
adi nağıl deyil. Mənim üçün “Ağ dəvə”
haqqın simvoludur. Ağ dəvənin yanındakı
bala dəvə onun davamçısı anlamını verir.
Dəvənin önündə və arxasında mistik fiqur-
lar var. Həmin fiqurlar əbədiyyətin bələd­
çiləri kimi dəvəni müşayiət edirlər. Aşa-
ğıda isə məscidlər, sfinks və piramidalar,
müxtəlif şəhərlər əks olunub. Dəvə keçdiyi
bütün yerləri, sanki, işıqlandırır. Dəvənin
belində balaca oğlan və Quran kitabı var.
Oğlanın üzü isə realdır, mistik deyil. O, ye-
nilik anlamındadır.
- Kuklaların hazırlanmasında ən çətin mər­
hələ hansıdır?
- Ən çətin mərhələ obrazın beynimdə hazır-
landığı prosesdir. Sonra fikrimdə canlandırdı-
ğım kuklanın yapma ilə hazırlanması mərhələsi
başlayır. Əvvəlcə üzündən başlayıram. Lep-
ka mərhələsində bütünlüklə işə qapılıram: heç
yerə getmir, heç kimlə əlaqə saxlamıram. Bir
müddətlik bu dünyadan ayrılıb, başqa dünyaya
gedirəm. O ərəfədə beynimdə o qədər ideyalar,
fəlsəfi fikirlər, şeirlər yaranır ki... Anındaca ha-
mısını qeyd edirəm. Bir də həmin vaxt ürəyimdə
dua edirəm. Mənən təmizlənir, paklaşıram.
– Kuklaları nədən hazırlayırsınız?
– İlk vaxtlar parçadan hazırlasam da, sonradan
öz üsulumu tapdım. İndi kuklaları plastikdən
hazırlayıram. Bu kütlənin imkanları daha çox­
1...,129,130,131,132,133,134,135,136,137,138 140,141,142,143,144,145,146,147,148,149,...204