134
– İçərişəhərdə doğulmuşam. Uşaqlıq illərim oranın maraqlı insanları arasında keçib. Gö-
zümü açandan nənəmi görmüşəm, onun mənə danışdığı nağıllar, əhvalatlarla böyümüşəm.
Nənəmin çox yaxşı tikmə qabiliyyəti vardı, həmişə nəsə tikirdi. Mən də kiçik yaşlarımdan
onun əlinə baxıb tikiş tikməyə başlamışdım. Rəsm çəkmək bacarığım da var idi. Ona görə
də, müxtəlif yerlərdə rəssam-dizayner kimi çalışırdım. 1983-cü ildə Azərbaycan xalçası və
xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Şərq xalça sənəti üzrə Beynəlxalq Simpozium” ke-
çirilirdi. Həmin simpoziumda iştirak edəcək qonaqlara hədiyyə vermək üçün milli
geyimli kuklalar hazırlamaq lazım idi. Bu xəbəri eşidən andan həyatımda dönüş
oldu və içimdə başqa bir dünya açıldı. Sanki, hər şey yenidən başlandı.
O ana qədər əllə kukla hazırlamaq ağlımdan belə keçmirdi və onların
hazırlanması barədə heç bir məlumatım yox idi.
– Bəs o kuklaları necə hazırladınız?
– Çox axtardım, araşdırdım, elmi kitablar oxudum, nəhayət ki,
sifariş olunan kuklaları hazırlayıb, təhvil verdim. Sonra bu işlə
çox ciddi məşğul olmağa başladım. 1983- cü ildə kuklanın
nə olduğunu bilməyən adam 1985-ci ildə artıq peşəkar
sərgilərdə iştirak edirdi. Maltada yeni açılan muzey-
də mənim işlərim nümayiş etdirildi, 1987-ci ildə
Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Finlandiya-
da fərdi sərgim oldu. 1989-cu ildə isə Krakovda
II Beynelxalq Folklor Kuklaları Biyennalesində
bürünc mükafat qazandım. Bundan başqa, 2002-
ci ildə Rusiyanın Puşkin adına Dövlət Təsviri
İncəsənət Muzeyində fərdi sərgim keçirildi,
eyni zamanda da, əsərlərim Moskvadakı Mərkəzi
1...,126,127,128,129,130,131,132,133,134,135 137,138,139,140,141,142,143,144,145,146,...204