181
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
Əfsanə motivi mif mətninin ümumiləşmiş
hök­münü özündə əks etdirir. Əfsanə mətninin
əvvəlində mifin əxlaqi və ixtiyari sonluğu bit-
kin bir cümlə ilə verilir. Mifin əxlaqi sonluğu
əfsanənin motivini yaradır. Bu xüsusiyyət daha
çox totem əfsanələrinə xasdır. Motiv isə bu
sonluğun mifoloji səbəbini izah edir. Məsələn,
əfsanədə totemin və ya onqonun gözəl gəlin
olması göstərilir, onu yad kişi görəndən sonra
o, quşa çevrilməyi Allahdan xahiş edir. Deməli,
belə əfsanələrdə əvvəlcə nəticə göstərilir, sonra
proses nəql olunur. Lakin elə əfsanə mətnləri
də vardır ki, onlarda restrukturlaşma getmir,
proses davam etdiyindən belə mətnləri mif
mətnlərindən ayırmaq olmur. Mif dərketmə
prosesinin qeyri-ardıcıl forması olub, obyek-
tiv dərketmə prosesinin şüurda əks olunan
mənzərəsidir. Mif yaranma prosesindən sonra
onun fantastika ilə çevrələnməsi baş verir ki,
bu da tarixi reallığın fantastik dərk olunmasına
kömək edir.
Qədim mifoloji təsəvvürlərdə allahların, ila­
hələrin heyvana, ağaca, quşa və s. çevrilə bilməsi,
ikili həyat sürə bilməsi ilk inanışlardan sayılır.
Bu, totemik allahların inkişaf edərək insanlaş-
masını və lazımgəldikdə əvvəlki vəziyyətinə qa-
yıda bilməsini əks etdirir. Bu, ondan irəli gəlirdi
ki, totemik təsəvvürlərdə cilddəyişmə, antro-
pomorfik təsəvvürlərin təsiri əsas rol oynayır.
Antropomorfizmin təsiri ilə totem heyvan insan
cildində təsəvvür olunur. Bunu «Sünbül oğru-
su» əfsanəsində də müşahidə edirik. Əfsanədə
deyilir ki, bir kişi zəmidən icazəsiz sünbül yığır,
ocaq qalayıb ləzzətlə yeyir. Oğurluq etdiyi üçün
kişi o saat öküz olur. Otlaya-otlaya zəmi sahi-
binin qapısına gəlir. Ev sahibi öküzün yiyəsini
axtarır, tapmır, axırda öküzü kotana qoşur yer
şumlayır, kol-kos daşıyır. Öküz qocalır, onu
kəsir, kəlləsini atır. Bir bostançı kəlləni tapıb
bostanda payaya keçirir ki, oğru gəlməsin. Ço-
banlar dağdan enəndə bostandan qovun-qarpız
dərmək istəyirlər. Əvvəl biri gəlir, yaxınlaşanda
kəllə gülür, çoban eymənir, qaçır, yoldaşlarına
söyləyir ki, bostanda kimsə var. Ona inanmır-
lar, baş çoban bostana gəlir, kəllə yenə gülür,
çoban baxıb görür ki, gülən öküz kəlləsidir. So-
ruşur niyə gülürsən? Kəllə deyir ki, mən özgə
zəmisindən sünbül yoldum, yedim öküz oldum,
sonra başım kəsildi, bostançı tapdı, gətirdi, pa-
yaya keçirdi. Bir dəstə sünbülə görə bu günə
düşmüşəmsə, onda gör qarpız oğurlayanın axırı
necə olar?
Əfsanə insanın öküzə çevrilə bilməsi motivi-
ni özündə yaşatması baxımından burada xüsu-
si elmi aktuallıq kəsb edir. Əfsanə öküzlə bağlı
mifoloji görüşlərə söykənir. Türk-Azərbaycan
mifologiyasında it, qurd, ilan, maral və başqa­
heyvanlarla yanaşı, öküzün də zoomorf təsəv­
vürlərdə xüsusi yeri vardır. Azərbaycan əfsanə­
lərində bu heyvanlar reinkarnasiya olunmaq
qabiliyyətinə malikdirlər. Bu əfsanələrdə hey-
vanların totem kimi fəaliyyəti yoxdur, məs­
ləhət vermək, qəhrəmanı dardan qurtarmaq
və­s. xüsusiyyətlər ön plandadır. İnsan – totem
əlaqəsi onların arasında baş verə bilən reinkar-
nasiya ilə başa çatır.
Motivlərdəki bioloji və mifoloji çevrilmələr
quşa dönmə motivində də aşkar olur. Bu möv-
zuda Azərbaycan əfsanələrində çoxlu faktla-
ra rast gəlmək mümkündür. Bu əfsanələrin də
məzmununu utanmaq, həya etmək, öz arzuları
ilə cildlərini dəyişmək təşkil edir. Bu motivin
ikinci bir maraqlı cəhəti ağacla bağlıdır. Aşağı-
dakı əfsanədə də dolayısı ilə ağacla qadın arasın-
da yaxınlıq hiss edilir. «Fatma nənənin darağı»
əfsanəsində başını yuduğu zaman yad kişinin
onu görməsindən eymələnən Fatma nənənin
darağı yerə düşür və orada darağa oxşar ağac
bitir. Masallıda həmin ağaclara «Fatma nənənin
darağı» deyirlər.
Türk mifologiyasında Fatmanın Humay ana-
nın oxşarı olması haqqında bəzi faktlar da
diqqətçəkəndir. Humayın Fatma ilə əlaqəsi
Azərbaycan əfsanələrində ağacla bağlıdır. An-
caq Humayın islamlaşdırılaraq Fatma olması
əfsanələrdə duyulmur. «Fatma nənənin darağı»
əfsanəsində ağac və Humayın bir-birinə qovuş-
ması nəticəsində budaqlar daraq kimi təsəvvür
olunur.
Fatma nənə antropomorf obraz olsa da, o,
əfsanədə reantropomorflaşaraq quşa (Huma-
ya) çevrilir. Yerə düşən darağı da ağaca çevrilib
ağac - quş - Humay - Fatma nənə semantikasın-
da vasitə rolunu oynayır. Ağacın qoruyuculuq
funksiyası Humaydan gəlir. Humay doğulan
körpələri himayə edir. Ağac da qızları, oğlanları
öz budaqları ilə görünməz edir, onları qoruyur,
dağdan yıxılmağa qoymur. Daraq simvoldur –
meşənin simvoludur. «Sona uçan» əfsanəsində
də Sona özünü qayadan atanda ağac onu saxla-
yır. Ağacın qoruyucu olmasını Sonanın dediyi
sözlər - «məni doğma ağac dərəyə uçmağa qoy-
mazdı» sözləri təsdiq edir.
Azərbaycan əfsanələrində quşa dönmənin (re-
inkarnasiyanın) mifdə tam əksi olan inkarnasi-
ya prosesinə də rast gəlinir. Xalq təfəkküründə
bu iki proses mahiyyətcə bir-birinin əksi olsa
da, hər iki prosesdə quşun qadın kimi təsəvvür
1...,173,174,175,176,177,178,179,180,181,182 184,185,186,187,188,189,190,191,192,193,...204