186
Ağac kultu ölüb-dirilmə motivi ilə birba-
şa bağlıdır. Ağacın ölüb-dirilmə ilə əlaqəsini
həm əfsanələrdə, həm də nağıllarda görmək
mümkündür. «Padşahla balıqçı» nağılında
alma ağacı kult olmaqla bərabər, inisiasi-
ya üçün müqəddəm şərtdir. Bağban qor-
xusundan almanı yeyir, 15 yaşında cavan
oğlan olur, yəni qoca ikən ölüb yeni cavan
statusunu qazanır. İnisiasiyada çevrilmənin
əsas funksiyası qanla bağlıdır. Qan qırmızı
rəngi bildirməklə həyatla ölüm arasında-
kı müvazinəti saxlayır və ölüb-dirilmənin
baş verməsini təmin edir. Ölüb-dirilmənin
iştirak etdiyi «Ölü Məhəmməd» nağılında
qanın daşıdığı funksiya qızın quşa, quşun
qanının ağaca çevrilməsində də üzə çıxır.
Nağıllarda qanla birgəlik təşkil edən ölüb-
dirilmə prosesini ağac özü də yerinə yetirə
bilir. «Tacir oğlu» nağılında qulluqçu qız
qəhrəmana bağışlanan atın qanını torpaqla
qarışdırıb yerə səpir. Səpilən yerdən ağac-
lar bitir. Qarı ağacları kəsəndə ağac qarıdan
xilas olmaq üçün qaza çevrilir. Qarı onu
tutmaq istəyəndə qaz oğlana çevrilib, onu
məhv edir. Ağac insanın ilk yaradıcısı kimi
nağıllarda da nəzərə çarpır.
Bir çox əfsanə və nağıllarda özünə yer alan
«quş-ağac» təsəvvürləri ağac kultunu Hu-
may kultu ilə bir mikrokosmda birləşdirir.
Burada da ağac totemizmində iki ruhun
bir bədəndə yerləşməsi (totemizmin ilkin
dövrlərinə xas olan cəhətin - iki canın bir
bədəndə yerləşməsi inamının yaşaması)
ideyasının izləri görünür. V.Y.Propp iki-
li can xüsusiyyətini ibtidai totemizmin
əsası kimi qiymətləndirir və yazır ki, canın
biri ölsə, o biri də dərhal ölər. «Quş-ağac»
təsəvvürlərinin sonrakı inkişafı doğumda
ilk qadının rolunu müəyyənləşdirir. Ağacın
doğduğu insan (qadın) özü nəsil verərək öz
ilk əcdadından - quşdan və ağacdan uzaqla-
şır. Bəzi əfsanələrdə də («Quşoğlu» və «Daş-
ağac») quşun və ağacın balası sonradan in-
san şəklinə düşür. Altay əfsanələrində də
ilk insanın Ülgen və Humaydan törədiyi,
onların ər-arvad həyatının iki şam ağacında
təcəssüm olunduğu bildirilir.
Əfsanələrdə də ilan kultuna ağac kultu ilə
birgə toxunulur. Əfsanələrimizdə ilan kola
çevrilir, bəzən bu proses qızın saçının ilana,
ilanın da ağaca çevrilməsi ilə birgə müşayiət
olunur. Bu prosesi başa düşmək üçün bir
neçə əfsanənin motivinə və mətninə nəzər
yetirək:
1. Saç ağacın kökləri kimi
«Saçlı qaya» əfsanəsində bəyin təqibindən qur-
tarmaq istəyən qız allahdan xahiş edir ki, yer ya-
rılsın, yerə girsin. Bu vaxt yer yarılır, qız yerə
girir. Uzun qoşa hörükləri isə qayanın başında
qalır. İndi o saçı nə qədər kəssələr də, yenə uzanır.
2. Saçın ilana çevrilməsi
«Abduləsər» dağı» əfsanəsində çobanın sevdi-
yi Şəmsinur özünü qayadan atanda uzun saçları
düşmənin əlinə keçir. Onu dartmağa başlayır-
lar. Qız saçlarının qırılmasını arzulayır. Qızın
saçı qırılır, qız yerə düşüb ölür. Saçları isə ilana
çevrilib düşməni çalır. Hörüyün ilanla əlaqəsinə
«İlan məhəbbəti» əfsanəsində də rast gəlinir. Bu
əfsanədə ilan qızın hörüklərinə vurulmuşdur.
3. İlan qızın alma ağacına çevrilməsində
mediator kimi çıxış edir. «İlan oğlan» əfsanəsində
cildini dəyişən ilan sevdiyi qızı mənfi obraz olan
qarıdan qorumaq üçün özü bağban olur, qızı isə
alma ağacına çevirir.
4. İlan kol olur
«İlan məhəbbəti» əfsanəsində şahın qızını
sevən ilan bağa gəzməyə çıxan qızı görmək üçün
kola çevrilir. «Qız kolun dibində uzandı. Kol ilan
olub qıza sarıldı və yatdı».
Yuxarıda gətirilən misallardan (əfsanə
və nağıllardakı) aydın olur ki, ağac kultu-
nun strukturundakı saç, hörük, ilan və ağac
vəhdət təşkil etməklə kult sistemini bir bü-
töv olaraq «görməyə» (bərpa etməyə) imkan
verir (saç kökləri, hörük gövdəni və ilan bu-
daqları əks etdirir).
Əfsanələrdə rast gəldiyimiz bütün bu mi-
foloji xüsusiyyətlər, eyni zamanda, onun
nüvəsini təşkil edən mifoloji motivlərlə bağ-
lıdır. Bu mifoloji motivlər əfsanə mətninin
dərin qatlarına nüfuz edir və əfsanənin for-
malaşmasında bilavasitə rol oynayır. Biz
yuxarıdakı motiv göstəricisində də müxtəlif
motivlərin iştirakı ilə yaranan əfsanələrin
olduğunu gördük. Əfsanə motivlərinin əsas
xüsusiyyəti onun mifoloji xarakter daşıması-
dır. Məsələn, ilana ərə getmə motivi özündə
xalqın ibtidai təfəkküründə ilana olan sitayi-
şin izlərini yaşadır. Bu motiv özündə mifolo-
ji gerçəkliyi daşıyır, yəni əfsanədəki ibtidai
düşüncədə ilana ərə getməklə ilan toteminə
qovuşmaq, beləliklə öz soykökünə yaxınlaş-
maq meyili duyulur.
Azərbaycan folklorunda əfsanənin yaran-
ması yolları da müxtəlifdir. Əgər əfsanənin
ilkin mənşəyini miflər təşkil edirsə, ikinci
mənbəyini ilkin rəvayətlər təşkil edir. Bu cür
əfsanələrdə də diqqəti cəlb edən motivlər
1...,178,179,180,181,182,183,184,185,186,187 189,190,191,192,193,194,195,196,197,198,...204