185
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
məzmun da aşkara çıxarır. Ağa-
nın oğlundan yaxasını qurtarmaq
istəyən qız ağaca dönmək istəyir.
Burada çevrilmə (reinkarnasiya)
inisiasiya ilə tamamlanır. Yenə
əfsanədən bəlli olur ki, bu ağa-
cın budağını kəsən kişinin övladı
ölür.
Əfsanələrdə inisiasiyanın ikin-
ci mərhələsi qəhrəman və alma
ağacının iştirakı ilə başlanır. Bu
zaman fizioloji proses baş vermir.
«Qızılquş» əfsanəsində inisiasiya-
ya səbəb olan ağac dağ başında
bitmişdir. Qızılquş ona edilən yax-
şılığın əvəzi olaraq bu alma ağa-
cının budağını padşaha hədiyyə
gətirir. Bundan sonra süjet aydın-
dır. Padşahın bağında alma ağacı
ildə 3 alma verir. Bağban almalar-
dan birini padşaha aparır, vəzir
hiyləgərliklə almanı bağbandan
alır, almaya zəhər vurub padşaha
verir. Padşah almanın ətrindən bi-
huş olur. Yoxlamaq üçün bir dilim
kəsib pişiyə verir, pişik ölür, pad-
şah qızılquşun başını üzdürür.
Bağban qorxusundan bağa qaçır
ki, almanı yeyib ölsün. Amma dö-
nüb 15 yaşında oğlan olur. Padşah
bağa gəlir, bağbanın cavanlaşdı-
ğını görüb arada xəyanət olduğunu başa düşür,
qızılquşun intiqamını vəzirdən alır. Alma ağac
kultunun atributu kimi nağıllarda şahzadələrin
nişanlı seçməsində istifadə olunur.
Əfsanələrdə ölümün birbaşa yox, fizioloji pro-
ses kimi yox, çevrilmə zamanı da baş verdiyi-
nin şahidi oluruq. Ağac insanın totemidir, onu
yaratmışdır, onu himayə edir, üstəlik tsiklik za-
man daxilində onun yenidən dünyaya gəlməsini
şərtləndirir. Ruhun ölməzliyinə, bir bədəndən
digərinə keçərək yaşamasına inanan insan aşa-
ğı paleolit dövründə özünün təzədən dünyaya
gəlməsini, yəni ölüb-dirilməsini ağacın vasitəsilə
mümkün saymışdır. Göründüyü kimi, əfsanədə
də ölüb-dirilmə fizioloji proses kimi dərk olun-
mur, ancaq cavanlaşma, yəni həyata təzədən
gələrək cavan oğlan olmaq mənasındadır.
Əfsanələrdə ağacla bağlı olmasa da, ölüb-diril-
məyə az hallarda müstəqimmənada rast gəlmək
mümkündür. «Kəsikbaş» əfsanəsində ölüb-diril-
mənin sırf bioloji hal daşıdığının şahidi oluruq.
Əfsanədə deyilir ki, bir nəfər uzaq səfərə çıxır.
Gəlib bir kəndə çatır. Axşam düşür. Bir qapı-
nı taqqıldadır. Onu içəri alırlar. Yeyib-içəndən
sonra qonaq deyir ki, mən bura çoxlu şeylər al-
mağa gəlmişəm. Yanımda da çoxlu pul vardır.
Ev sahibi pis niyyətə düşür. Yatmaq vaxtı qonaq
deyir ki, ev yiyəsi and içməsə, mən yatmaram.
Nəyə and içim? – deyə ev sahibi soruşur- «And
iç ki, sən Allah qonağısan, xızırın eşqinə sənə
toxunmaram». Ev sahibi and içir. Qonaq yatır.
Ev sahibi gecə durub qonağın başını kəsir. Elə
kəsən kimi də qapı döyülür. Elə döyürlər ki,
qapı az qala yerindən çıxa. Ev sahibi qapını açır.
Görür bir atlıdır. Atlı soruşur ki, kişi, qonağın
hanı? O, evində qonaq olduğunu danır. Atlı de-
yir, başını kəsdiyin qonağı deyirəm. O sənə and
verməmişdimi? Atlı əlini içəri uzadıb deyir, ey
günahsız adam, qalx. Əlini uzadıb atımın dırna-
ğının altından bir az torpaq götür. Başını yerinə
qoyub torpağı boğazına çək. Başsız bədən o saat
dikəlir, atın dırnağı altından bir ovuc torpaq
götürür, başını yerinə qoyub torpağı boğazına
çəkir. Dərhal asqırıb özünə gəlir. Ev sahibi bunu
görüb bağrı çatlayıb ölür. O vaxtdan həmin ada-
mın adı Kəsikbaş qalır.
1...,177,178,179,180,181,182,183,184,185,186 188,189,190,191,192,193,194,195,196,197,...204