182
olunması onlarla evlənmənin mümkün oldu-
ğunu mifoloji fakt kimi ortaya qoyur. İnsanın
mifoloji əcdada çevrilməsi onun təbiətindəki
ikilikdən xəbər verir. Yəni qəhrəmanın keçmişi­
döndüyü quş və ya heyvanla bilavasitə bağlı
olur. İbtidai cəmiyyətin ilkin mərhələlərində in-
san özünü təbiətdən ayırmırdı. Demək, o, ətra­
fındakı heyvanları da özü ilə bir kökdən he-
sab edirdi. Hər hansı ruhi yaxınlıq nəticəsində
özünə yaxın canlıya dönməyi mümkün sayırdı.
Bu isə ancaq onun şüurunda ölümlə bağlı mis-
tik təsəvvürlərin nəticəsində reallaşmalı idi.
Ruhun bir canlıdan digərinə keçməsi isə ani-
mizm hadisəsidir. Bir həyatın sonunda ölüb,
yeni həyatın, özü də totem heyvanın həyatında
dirilmək məkan və zaman baxımından da təbii
qavranılır.
Əfsanələrin bir çoxunun tematik arxetipini eti-
oloji miflər təşkil edir. Bu miflərdə şeylərin ya-
ranması haqqındaməlumat verilir. Eynimotivlər
əfsanələrdə də təkrar olunur. Əfsanələrdə iza-
hedicilik funksiyasına uyğun olaraq heyvanlar,
quşlar, dağ, ağac, su, bulaq və s. elementlərin
necə əmələ gəlməsi izah olunur. Azərbaycan
əfsanələri içərisində ən çox yayılanı dağ haqqın-
da olan təsəvvürləri əks etdirən nümunələrdir.
Ağac kultunun struktur-semantik funksiyaları
onun doğurduğu motivlərin rəngarəngliyindən
asılıdır. Ağac kultunun motivlərini bir neçə
qrupda birləşdirə, onların semantik funksiya və
xüsusiyyətlərini qeyd edə bilərik. Bunlar aşağı-
dakılardan ibarətdir:
Ağac doğur; ağac doğulur (oddan); ağac ilk
yaradıcı rolunda çıxış edir; ağac qoruyur; ağac
şahidlik edir; qız ağaca, gülə, bənövşəyə çevrilir;
saç ağaca dönür (saçın günəş və ağacla əlaqəsi);
ilan kol olur; oddan ağac doğulur; daraq ağaca
çevrilir; ağac və su bir-biri ilə əlaqəli kultlardır;
ağaclar səcdə edir; ağaclar pir funksiyasını daşı-
yır; ağac inisiasiya ilə bağlıdır və s.
Ağac kultunun, eyni zamanda, aşağıdakı
struk­tur xüsusiyyətləri vardır:
1. Ağacın antropomorflaşması;
2. Ağacın reantropomorflaşması;
3. Ağacın totemizmlə əlaqəsi;
4. Ağacın üç dünyanı birləşdirməsi;
5. Ağacın 4 ünsürlə əlaqəsi (od, su, torpaq, hava);
6. Ağacın inamlarla əlaqəsi (dini);
7. Ağac güc, qüvvət verir;
8. Ağacın ölüb-dirilmədə iştirakı;
9. Ağacın sosial funksiyası (şahidlik, qorumaq).
Ağac kultunun strukturunun bu cür qruplaş­
dırılması problemin həllində yeni baxışların
isti­qa­mətlərini müəyyən edir. Ağacın antropo­
morfizmi onu inkarnasiya və reinkarnasiya pro­
sesinə də yaxınlaşdırır. İnkarnasiyada totem­
insana, reinkarnasiyada isə insan totemə çevrilə
bilir. Antropomorfizmdə də buna oxşar pro-
ses vardır. Ağac insana və insan ağaca çevrilə
bilir. Ağacın antropomorfizmi təkcə bunun-
la bitmir. Ağacın antropomorfizmi insana aid
xüsusiyyətləri birbaşa qəbul edir. Yəni ağac
doğa bilir. Bu, əlbəttə, qədim insanın şüurunda
belədir. Əfsanədə deyilir ki, Tuğla və Selenqa
çayları arasında yerləşən dağda iki ağac bitmiş-
dir. Hər gecə göydən bu ağacların üzərinə şüa
enir. Bu ağacların qarnı gündən-günə böyüyür,
müəyyən vaxt keçəndən sonra ağaclar doğur.
Əfsanə motivlərində ağacın antropomorfizmi
tipik hadisədir və onun bir neçə tipi müşahidə
olunur. Məsələn, motivdə ağac danışa bilir. Bu,
əfsanədən də görünür. Əfsanədə kimin niyyəti
hasil olursa, ağac səslənir. «Keçəl və dayısı» adlı
mətndə deyilir ki, dağın üstündə böyük bir ağac
var. O ağac pirdir. Gərək ona yaxın getməyəsən.
On beş metr aralıda dayanasan. Qollarını açasan,
çağırasan. Özü də çağıranda səs verir. “Ay pir”
deyəndə səs verir, ona nə sözün var, ürəyində
deyirsən, apardığın ayın-oyunu da qoyursan
yerə, dala baxmadan qayıdıb gəlirsən.
Ağacın antropomorfizminə əfsanə motivlə­rində
daha çox rast gəlmək mümkündür. Azərbaycan
əfsanələrində ağac ruhu, ağac əyəsi canlı təsəvvür
olunur. Məsələn, bir əfsanədə göstərilir ki, bağ-
da ağacları sulayan bir uşağı ağ paltarlı bir kişi
çağırıb, dərədəki ağacları da sulamağı ondan
xahiş edir. Uşaq onun göstərdiyi tərəfə gedəndə
yıxılır, ayağa qalxanda heç kimi görmür. Hətta
bəzi bölgələrdə ağac əyəsinin adı Sarı qızdır.
Belə əfsanələrin birində deyilir ki, palıd, şam
ağaclarının əyələri vardır. Palıda, şama əl vur-
maq, kəsmək olmaz. Əyə həmişə Sarı qız donun­
da görünər. Ağac kəsəni Sarı qız vurur, o adam
ölür, ya da şikəst olur. Belə deyirlər ki, Sarı qızın
anası qədimlərdə ağac olub. Odur ki, Sarı qız
ağacı qoruyur. J.P.Roux türk mifologiyasında
Sarı qıza uyğun gələn ağac tanrıçası haqqında
belə məlumat verir.
Azərbaycan əfsanələrində ağacın antropo­
mor­fizminin tipikliyi onun ağlaması ilə seçilir.
Əfsanələrdə bu tipiklik bilavasitə söyüd ağacına
şamil edilir. Çünki xalq təfəkkürünə görə söyüd
qadın, ana kimi təsəvvür olunur, palıd ağacı isə
kişi cildindədir. «Ağlayan söyüd» əfsanəsində
sevən iki gənci zalım padşahdan qoruya bilmə­
yən söyüd ağacı hönkür-hönkür ağlayır. Söyü-
dün (ağacın) antropomorfizminə səbəb onun
ruhunun canlı təsəvvür olunmasıdır. Bu da
1...,174,175,176,177,178,179,180,181,182,183 185,186,187,188,189,190,191,192,193,194,...204