183
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
onun totem olmasına inamı qüvvətləndirir.
Ümumiyyətlə, totemçilik istər heyvan ol-
sun, istər ağac, eyni model üzrə inkişaf
edir. Ruhun bir bədəndən digərinə keçməsi
- animizm elementləri əfsanələrdə daha
çox özünü göstərir. Burada əsas xüsusiyyət
onun ruhunun canlı təsəvvür olunması-
dır. Onları birləşdirən əsas cəhət yaratmaq
qabiliyyətləridir. Onda bir məsələ də qarşı-
ya çıxır. Od ruhu da canlıdır, dağ ruhu da
canlıdır, yaratmaq qabiliyyətinə malikdirlər,
ancaq totem deyillər. Burada ruhun canlı
təsəvvür olunmasının tezliyi də nəzərə alına
bilər. Çünki dağ və od ruhları özləri ağacı
və ya heyvanı yarada bilən başlanğıclardır.
Dağın və od ruhunun ağac yarada bilməsi
əfsanələrdə də təsdiq olunur. «Yanardağ»
əfsanəsində dağ və od ruhu ağac yaratma-
da bilavasitə iştirak edir. Proses belə baş ve-
rir: Qamo adlı gənc öz sevgisini qıza sübut
etmək üçün qış vaxtı dağa gedirlər. Oğlanı
eşqin alovu bürüyür, ağzından bir qığıl-
cım düşür, qarı əridir, torpaqdan tüstüsüz,
rəngarəng alov qalxır. Qız onun ürəyinin
oduna inanmır. Oğlana deyir ki, bu adi od-
dur. Qız sonra görür ki, alov torpağa, gülə,
çiçəyə zərər vermir. Sonra görür ki, alovun
içindən bir şiv qalxır, şiv az vaxt içərisində
qollu-budaqlı nəhəng ağaca çevrilir. Bu ağac
heç vaxt solmur. Ağac bütün qidasını, hava-
sını, işığını, suyunu alovdan alır.
1...,175,176,177,178,179,180,181,182,183,184 186,187,188,189,190,191,192,193,194,195,...204