184
Əfsanədən də göründüyü kimi, dağ ruhu, od
ruhu, ağac ruhu bir struktur sistemində birləşir.
Ağac kultunun digər xüsusiyyətlərindən bi-
ri də onun reantropomorfizmidir. Reantropo-
morfizm də özündə reinkarnasiyanın bütün
xüsusiyyətlərini daşımaqdadır. Ağacla bağlı
əfsanələrdə reantropomorfizmin əlaməti kimi
qızın ağaca dönməsinin şahidi oluruq. Deməli,
reantropomorfizm həm də motiv yaradandır.
«Yalqız ağac» əfsanəsində bəy oğlu onun təqi-
bindən qaçan qızı oxla yaralayır. Oğlanın ona
çatdığını görən qız allahdan aman istəyir. Bəy
oğlunun gözü qarşısında qız yalqız ağaca çev-
rilir. Bu ağac sitayiş yeri olur. Adamlar yalqız
ağaca qurbanlar kəsir, altında tonqallar qala-
yırlar. Ağac nə quruyur, nə solur, həmişə ya-
şıl qalır. Etiqada görə onun budağını kəsmək,
yarpağını qopartmaq olmaz. Göründüyü ki-
mi reantropomorfizmdə qəhrəmanın ağaca
çevrilməsi üçün təqib və ya başqa vasitələr, üsul-
lar rol oynayır. «Çömçəxatun» əfsanəsində isə
Çömçəxatunun ardıc ağacına çevrilməsinə yar-
dım edən yağışdır. Əfsanədə göstərilir ki, il qu-
raq keçdiyi üçün camaatın məhsulu, heyvanları
susuzluqdan yanıb məhv olur. Çömçəxatun işi
belə görəndə üzünü Allaha tutur ki, yağış yağ-
dırsın. Allah onun səsini eşidib yağış göndərir.
Qız yağışın altından çəkilmir, o qədər durur ki,
tərtəmiz islanır, axırda yamyaşıl ardıc ağacına
çevrilir.
Ağacın mifoloji dünya modelindəki funk-
siyasına görə onun budaqları səmanı, gövdəsi
yerüstü dünyanı, kökləri isə yeraltı dünyanı
bildirir. Hətta şamanlar göyə uçmaq üçün ağa-
cın budağına çıxarmışlar. Şamanlar ağaclara
qurbanlar kəsər, heyvanın dərisi ağacın buda-
ğından asardılar ki, göyün sahibi bundan xəbər
tutsun. Qurbankəsmə vasitəsilə ağacla heyvan
arasında bir yaxınlığın olduğu nəzərə çarpır.
Ağac öz totemlik mövqeyini heyvan-totemlə
birləşdirir. Daha doğrusu, əski düşüncədə ağac-
la heyvan arasında ruhi bağlılıq ol-
duğu düşünülür. Qədim insanın hər
ikisinə ruhi bağlılığı onların totem ol-
masına «səbəb olur». Bu «səbəbə» hər
ikisinə xas olan, antropomorfizmlə
əlaqədar olan ümumi bir cəhət - ini-
siasiya təsir edir. Əfsanələrdə ağa-
cın ölüb-dirilməsinə aid çoxlu faktlar
vardır. Ağacın ölüb-dirilməsinə inam
təbiətin özündən gəlir. Çünki qədim
türkün mifoloji düşüncəsində təbiət
qışda ölür, yazda dirilir. Təbiətin
ölüb-dirilməsinə olan inam birbaşa
ağacın da üzərinə köçürülür. Ağac da
təbiətin üzvüdür, deməli, onun da bu
xassəsi olmalıdır. Sırf ölüb-dirilmə
məqamında ağacda bu proses necə baş
verməlidir? İki yolla – birincisi, ağacın
özü ölüb-dirilmədə iştirak edir, yəni
ağac ölür; ikinci halda ağac öz meyvəsi
ilə qəhrəmanı bu prosesdən keçirir.
Birincisi qədim türkün ağaca olan ina-
mını daha da əski çağlarla bağlayır,
ağacı kəsmək onun ölümünə səbəb ol-
maq deməkdir. Ağacın ölməsi ilə bağlı
əfsanədə deyilir ki, o dünyada bir ağac
var. Onun hər bir yarpağı bu dünyada-
kı bir adamındır. O yarpaq saralıb yerə
düşəndə adam ölür.
Ağacla insan arasında olan əlaqə
reinkarnasiya ilə bir-birinə bağlanır.
İnsanın öz kökünə qayıtmaq istəməsi
ölüb-dirilmə ilə bağlı əski görüşlərin
əsasını təşkil edir. Bunu əfsanədəki
Zili. Yun. Xovsuz. 170x130. 1996-cı il. Bakı qrupu.
Azərbaycan. “Azər-İlmə” istehsalı.
1...,176,177,178,179,180,181,182,183,184,185 187,188,189,190,191,192,193,194,195,196,...204