187
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
onların nə dərəcədə rəvayət və
əfsanəmotivini təşkil etməsindən
asılıdır. Əfsanə motivləri ilə rə-
vayət motivlərini bir-birindən
fərqləndirmək üçün onların da-
şıdığı məzmuna diqqət yetirmək
lazımdır. Rəvayət motivləri daha
çox ictimai məzmun daşıyır və
mifoloji düşüncədə açıq şəkildə
rol oynamır. Məsələn, qalalar-
la bağlı rəvayətləri götürək.
Bu mətnlərdə əsas motiv icti-
mai məzmun daşıyan obraz və
fərdlərin mübarizəsi, sevgisi, hə-
yata münasibəti və s. keyfiyyət-
ləridir.
Rəvayət mətnlərini əfsanə
mətnlərindən fərqləndirən baş-
lıca əlamət rəvayətlərdə şahid-
lik funksiyasının güclü olması-
dır. Rəvayətlərdə kiməsə istinad
etməklə söylənilən mətnin doğ-
ru olmasına zəmin yaradılır.
Tarixdən əvvəlki dövrlərdə də
rəvayətlər olmuş, onları danışan
qəbilə kahinləri bu mətnlərin
doğruluğuna hamını inandır-
mışlar. Sonradan ilk söyləyicinin
unudulması nəticəsində həmin
mətnlər rəvayət formasından
çıxaraq əfsanələşməyə meyil
etmişlər. Rast gəlinən bəzi rəva-
yətlərdə də bu hal müşahidə
edilməkdədir. Buna görə də
həmin mətnləri rəvayətdən və
ya əfsanədən ayırmaq üçün on-
ların daşıdığı daxili semantika-
ya, motivə diqqət yetirilməlidir.
Motivdə izahedicilik funksiyası
yoxdur, o, sadəcə olaraq arxe-
tipdə olan mənanı alt qatda çox
qısa şəkildə özündə yaşadır.
Bu cəhətdən rəvayətlər daha
xarakterikdir. Belə ki, rəvayətin
motivi bu cəhətdən əfsanənin
motivindən fərqlənir. Körpü mo-
tivinə fikir versək, onun alt mifo-
loji qatda oynadığı rolu, o dünya
ilə bu dünyanı birləşdirən vasitə
olduğunu görə bilərik. Belə mo-
tivli rəvayətlərin üzərini bəzən
tarixi hadisələr örtdüyündən
motiv öz ilkinliyini qoruya bilmir
və müasir məzmuna tabe olur.
Xalça. Yun. Xovlu. 450x317. XIX əsrin sonu. Təbriz qrupu. Azərbaycan.
1...,179,180,181,182,183,184,185,186,187,188 190,191,192,193,194,195,196,197,198,199,...204