79
Azərbaycan Xalçaları
№3 / Yaz / 2012
xətti ilə icra olunan kitabələr əvvəlcə dini xarakterli tikililərdə meydana çıxırdı. Daha sonra
bədii cəhətdən təkmilləşən bu xətt xalq sənətinin bütün sahələrinə nüfuz etməyə başlayır.
Kufi yazısının hərfləri Azərbaycan xalçalarındakı sınıq xətli naxışlarla oxşar olduğuna görə
ilk dövrlərdə bu hərflər namazlıq xalçalarının bəzəyində tətbiq olunmağa başlayır.
Namazlıq – Azərbaycanda “caynamaz”, “namazlıq”, “mehrabi”, İranda “taği”, “cana-
maz”, Ərəbistanda “səccadə” adlanan, həm ölçü, həmdə kompozisiyasına görə digər xalça-
lardan fərqlənən, əsasən, ibadət məqsədilə istifadə olunan xalçadır. Bir çox sənətşünasların
fikrincə, Azərbaycanda, İranda, Dağıstanda, XVIII-XIX əsrlərdən isə Türkiyədə və
ümumiyyətlə, İslam inanclı bütün ölkələrdə geniş yayılan namazlıqlar XVI əsrdə Cənubi
Azərbaycanda - Təbrizdə yaranmışdır.
XVI-XVII əsrlərdə Cənubi Azərbaycanın xalçaçılıq məntəqələrində toxunan namazlıq
xalçalarının bədii tərtibatını Qurandan surələr, dualar, əsasən də xalçanın baş hissəsində
yerləşdirilən “Allahu əkbər”, “Ya Əli” yazıları təşkil edirdi. Bu yazıların əksərən xalçanın
yuxarı başında verilməsi ibadət vaxtı həmin hissənin ayaqla tapdalanmaması üçün idi. Şi-
mali Azərbaycanda toxunan namazlıqlar isə bədii tərtibat baxımından Cənubda toxunan-
lardan fərqlənirdi. Belə ki, onların baş tərəfində dini yazılar deyil, namaz qılınarkən lazım
olan əşyalar – möhür, təsbeh, saqqal darağı, dua kitabı və s., eləcə də mehrab təsvir olunur-
du. Bəzən isə mehrabın sağ və sol tərəflərində əl təsvir olunurdu ki, ibadət vaxtı möminlər
əllərini məhz bura qoysunlar. Fatimeyi –Zəhranın əli, beşbarmaq adlanan bu element,
eyni zamanda, islamın beş hökmünü və müsəlmanların ehtiram göstərdikləri şəxsiyyətləri
- Məhəmməd peyğəmbər (s.), Əli (ə.), Fatimeyi – Zəhra, imamHəsən və Hüseyni sim­volizə
edir.
Namazlıq xalçalarını digər xalçalardan fərqləndirən əsas bəzək elementləri xalçanın baş
tərəfindəki tağ və mehrab təsviridir ki, bunun da yaranma və inkişaf tarixi ibtidai dövrə
1...,71,72,73,74,75,76,77,78,79,80 82,83,84,85,86,87,88,89,90,91,...204