78
Ərəb
hökmranlığı
zamanı
din xadimləri incəsənətin gü-
nah olduğunu təbliğ etməyə
başladılar. Onlar rəssamlıq və
heykəltəraşlığın Allah tərəfindən
qadağan
olunduğunu
elan
etdilər. İslam dininin gətirdiyi
belə qadağaların hakim oldu-
ğu dövrlərdə digər ornamental
formaların, xüsusən də dəqiq və
həndəsi xətlərlə müşayiət olunan
şəbəkənin, eləcə də bədii qrafika-
nın inkişafına şərait yarandı. Bu
ornamental naxışlar Azərbaycan
xalça sənətinin texnoloji xüsusiy-
yətləri ilə uyğun gəlir və xal-
çaçılıqda geniş tətbiq olunur.
Bununla belə, bu naxışlar bədii
və texniki nöqteyi-nəzərdən
yüksək inkişaf etmiş xalçaçılıq-
da gözəçarpan bir iz qoymadı.
Bu dövrdə yeni ornamental mo-
tiv – Quran kitabəsi meydana
çıxdı. Ərəb yazısı bədii tərtibata
heyrətamiz dərəcədə uyğun
gəlirdi və artıq Ix-x əsrlərdə Qu-
ran surələri və sadəcə xeyirxah-
lıq, yaxşılıq ifadə edən kəlamlar
bütün müsəlman Şərqində, o
cümlədən Azərbaycanda əvvəl-
cə əlyazmalarda və memarlıqda
meydana çıxır, oradan isə deko-
rativ tətbiqi sənətə və xalçaçılı-
ğa keçir. xalçalarda ərəb yazısı,
xüsusən, haşiyələrin tərtibatında
çox tez-tez rast gəlinən elementə
çevrilir.
Perqament üzərində ornament
kimi işlənmiş Quran fraqmentləri
VII əsrdən məlumdur. Bu
məqsədlə ərəb xətlərinin ən il-
kini olan kufi xəttindən istifadə
edilirdi. Sadə formaya malik kufi
Namazlıq
Namazlıq xalça. Yun. Xovlu. 149x98. XIX əsr. Şirvan qrupu. Azərbaycan.
1...,70,71,72,73,74,75,76,77,78,79 81,82,83,84,85,86,87,88,89,90,...204