70
Lətif Kərimovun ilk fərdi sərgisi 9 iyul
1954-cü ildə Moskvada açılıb. Bu sərgi Sovet
İttifaqında xalçaya həsr olunan ilk sərgi kimi
tarixə yazılıb.
Həmin illərdə xalçaçı-rəssam ornamental
xalçalar silsiləsi yaradır. Bura “Araz”, “Pam-
bıqnaxış”, “Ləçək-turunc”, “Yeni xalça”,
“Qızıl xalça”, “Göygöl” və s. daxil idi. Bu
işlər Azərbaycan xalça sənətinə rəng, naxış,
üslub, kompozisiya və məzmun baxımın-
dan zənginlik gətirdi. L. Kərimov rəngləri
çox gözəl duyurdu, ona görə də bütün
əsərlərində qeyri-adi rəng çalarlarından
istifadə edirdi.
Onun yaradıcılığında portret janrında
yaratdığı xalçalar xüsusi əhəmiyyət kəsb
edir. “Firdovsi” xalçası 1934-cü ildə Parisdə
Ümumdünya sərgisində çox uğurla nümayiş
etdirildi və ustada böyük şöhrət gətirdi.
H. Cavidə, Y. Məmmədəliyevə, A. Puşkinə,
akademik Zelinskiyə, M. Qorkiyə, kosmosu
ilk fəth edən Y. Qaqarinə, G. Titova, V. Te-
reşkovaya həsr etdiyi portretlərdə rəssamın
özünəməxsus dəst-xətti açıq-aydın görü-
nür. “Rustaveli”, dörd xalçadan ibarət olan
“Əcəmi” və eləcə də Nizami Gəncəvinin
“Xəmsə”sinin motivləri əsasında başqa
rəssamlarla əməkdaşlıq edərək yaratdığı
beşsüjetli xalça da rənglərinin, naxışlarının
ahəngdarlığı ilə göz oxşayır. Bu əsərləri ilə
yanaşı onun “Əfşan”, “Xətai”, “Xətaisayaq”,
“Şəbi-Hicran”, “Ləçək-turunc”, “Yeni Çiçi”,
“Dəryanur” xalçaları da adla tanınır.
Tarixə yazılan sərgi və əsərlər
Xalça eskizi "Əfşan". 1981-ci il. Rəssam: Lətif Kərimov.
Xalça. "Ləçək-Turunc". 1962-ci il.
Lətif Kərimovun eskizi əsasında toxunub.
1...,62,63,64,65,66,67,68,69,70,71 73,74,75,76,77,78,79,80,81,82,...204