63
daxili gücünün rəmzi ilə sıx şəkildə bağlı-
dır. Burada Oğ “ağ”ın fonetik variantıdır.
Buna görə də Oğuz–oğ+uz-uca+uzaq kimi
açıla bilər. Lakin oğuz (uğuz) ağuz (ilk
süd), ox atan kişilər, öküz və çay mənaları
da daşıyır. Mahmud Kaşqari yazır: “Türk
ölkəsində olan çox sular, dərələr öküz adı
ilə adlanır”. Buradan görünür ki, su erkək
anlamındadır. “Oğuz” adına ilk dəfə Yeni-
sey kitabəsində rast gəlinib.
Nəticə etibarilə “Oğuz” ilk növbədə parlaq göy
cisimlərinin, xüsusən də hərəkətdə olanların -
Günəşin, Ayın, Zöhrənin (Veneranın), Marsın və bir
sıra göy cisimlərinin ümumi adıdır. Digər baxımdan
isə "Oğuz" parlaq şəxsiyyətlərin, xüsusən hökmdar-
ların, sərkərdələrin, şamanların, ozanların ümumi
adıdır.
Məşhur macar şərqşünas-türkoloqu D. Nemet
(1890-1976) “oğuz” sözünü “Oktuz” şəkildə, “Ok”u
qəbilə, boy, “Z”-nı isə cəm ədatı kimi göstərir. Sonda
oğuz – boylar deməkdir. Həqiqətən “Ox”un qədim
zamanlarda Boy mənasında olduğu məlumdur.
Oğuz – seçilənlər, görünənlər, görkəmlilər, bir
sözlə: gün, ay, ulduzlar, dağlar, Tanrı, xaqan, xan,
ata, dədə, başçı və sair deməkdir.
Oğuzlar bütün türklərin əcdadıdır, XI əsrdən türk,
yaxud türkmən adlanırlar.
Son nəticədə qeyd
olunan tədqiqatlara
söykənərək o qənaətə
gəlmək olur ki, “Pa-
zırık” adlandırılmış
dünyanın ən qədim
xalısı, məhz “Oğuz”
xalısının özüdür. Bu
gün də Oğuz dünyasının nişanələri türk dünyasının
xalı – xalçalarında müxtəlif naxış formalarında xalça
rəssamlarının və el sənətkarlarının ustalığı ilə yaşa-
maqdadır.
1...,55,56,57,58,59,60,61,62,63,64 66,67,68,69,70,71,72,73,74,75,...204