68
Bəxti onda gətirir ki,
Azərbaycana əvəzolunmaz
sənətkarlar bəxş edən Şuşada
anadan olur; 1906-cı il noyabrın
17-sində. Altı yaşı olanda ailəsi
İranın Məşhəd şəhərinə köçür. Bu
şəhər balaca Lətifin xalça toxuma-
sına böyük təkan verir. Anasına
xalça toxumaqda kömək edən
Lətif öz eskizlərindən istifadə
edərdi. Onun nəbati və həndəsi
ornamentlərlə zəngin xalçaları
Şuşa xalçalarından fərqlənirdi.
Məktəbi qurtarandan sonra 16 yaş-
lı Lətif məşhur usta Mirzə Ələkbər
Hüseynzadənin emalatxanasında
işləməyə başlayır. Burada o, xalça
toxumaqla yanaşı yeni çeşnilər
Məşhəddə böyüyən şuşalı oğlan
yaradır, Azərbaycan xalçaçılığına yeni nəfəs gətirirdi.
Hətta Məşhəddə yaşayan azərbaycanlı toxucular onun
naxış və kompozisiyalarından istifadə edirdilər.
O, Azərbaycana 1929 – cu ildə qayıdır. Bir il sonra
“Azərxalça” birliyində rəssam-tərtibatçı vəzifəsində ça-
lışır, Şuşaya, Tiflisə ezam olunur. Fəaliyyəti dövründə
hamıdan fərqlənməyi bacarır. Buna bariz sübut isə o
illərdə ilk əl işi olan “Əfşan” xalçasıdır. Gənc rəssam
bu xalçada Azərbaycan klassik incəsənətinin bütün
qanunlarına əməl etməklə yanaşı, öz dəst–xətti ilə də
xüsusi gözəllik yaradıb. 27 yaşında Lətif Kərimova
“Azərbaycan xalçalarının bədii xüsusiyyətləri” kur-
sunu tədris etmək tapşırılır. Bu çətin və məsuliyyətli
işi o, canla-başla yerinə yetirir və neçə-neçə xalçaçılar
yetişdirməyə nail olur.
Lətif Kərimov xalça istehsalında da ilk təşkilatçı
olur və ətrafına peşəkarları cəm edir. Daha sonra o,
pedaqoji fəaliyyətini Ə. Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbinin tətbiqi-sənət şöbəsində,
M. Əliyev adına İncəsənət İnstitutunda kurs aparmaq-
la davam etdirir.
“Xalçanı sevin. Xalça heç vaxt sizi t nha qoymaz,
x yan t etm z. Xalça h mis sizi saxlayar, müdafi
ed r, köm k ed r v sevindir r! ”
L tif K rimov
1...,60,61,62,63,64,65,66,67,68,69 71,72,73,74,75,76,77,78,79,80,...204