66
Ilm -ilm
toxunan ömür
Onun taleyinə nəqqaşlıq, rəssamlıq, alimlik,
neçə-neçə yeniliklərə imza atmaq, sevdiyi sənəti
dərindən öyrənərək bir məktəb yaratmaq və onu
bütün dünyaya tanıtmaq yazıldı. Beş yaşı olanda
anasının toxuduğu xalçaya ilmə vurdu. O ilmənin
sehri onu alıb uzaqlara apardı. Elə yerlərə ki, orаda
ancaq xalçalar, onların dili, rəvayətləri, cazibəsi
vardı. Bir ilmə ilə hamı ona qəhrəman dedi. Amma
o vaxt heç kim bilmirdi ki, bu balaca oğlan illər son-
ra Azərbaycan xalça sənətinin dühalarından birinə
çevriləcək. Lətif Kərimov böyük istedad sahibi idi,
əsərlərini gördüklərinə, eşitdiklərinə, oxuduqları-
na istinadən yaradırdı. Diqqətindən heç nə yayın-
mazdı, hər xırdalığa varardı. Ən böyük istedadı isə
xalçaların dilini bilməsi, onları anlaması idi.
Azərbaycan Xalçaları
Cild 2 №4 2012
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...204