69
Lətif Kərimovu məhz belə adlandırırlar.
Azərbaycan xalça sənətinin əsas istiqamətlərini
müəyyənləşdirərək, onun elmi əsasını qoyan
L. Kərimov oldu. O, Azərbaycan xalçaları-
nın təsnifatını verərək, yeddi xalça məktəbi
müəyyən etdi: Quba, Şirvan, Bakı, Qazax,
Gəncə, Qarabağ, Təbriz. Bu məktəblərin
səciyyəvi xüsusiyyətlərini göstərdi. Eyni
zamanda, unudulmuş, itirilmiş mil-
li ornamentlərin, kompozisiyaların bərpa
edilməsinə, xalq ənənələrinin yenidən həyata
qaytarılıb zənginləşməsinə öz töhfəsini ver-
di. Tədqiq etdiyi xalçaları o, 1961-ci ildə kitab
halında çap etdirərək, xalçasevərlərin ixtiyarı-
na verdi. “Azərbaycan xalçası” adlanan kitab
milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif
ornamentləri, kompozisiyaları, çeşniləri, 1300-
dən artıq elementin açmasını, əyani təcrübələri
bir yerə topladı. Kitab xarici tədqiqatçılar
üçün mühüm mənbə rolunu oynadı, dünyada
Azərbaycan xalçasının “Şərq”, “İran”, “Qafqaz”
adı altında təqdim olunmasının səhv yanaşma
olduğunu sübut etdi.
Xalçaçılıq elminin banisi
Xalça "Çiçəkli buta". 2000-ci il.
Lətif Kərimovun eskizi əsasında toxunub.
Xalça "Ləçək-Turunc". 1962-ci il.
Lətif Kərimovun eskizi əsasında toxunub.
1...,61,62,63,64,65,66,67,68,69,70 72,73,74,75,76,77,78,79,80,81,...204