129
da olduğu kimi, medalyon (şəkil 40), ya da kar-
tuş (şəkil 41) şəkillərinin sonsuz sıralar şəklində
uzandığı hallar da olur. Bu Osmanlı xalçalarının
ən gözəl nümunələrini namazlıq xalçalar təşkil
edir (şəkil 42). Bunlar türk incəsənətində ge-
niş tətbiq olunan lalə, qərənfil və sünbülçiçəyi
təsvirlərindəki naturalizmlə təbiətdən uzaq
palmet və səkkizləçəkli çiçəklərin məharətlə
uyğunlaşdırılması sayəsində ərsəyə gələn
mürəkkəb kompozisiyalar, yüksək səviyyəli
sənət əsərləridir.
Sonda onu qeyd edim ki, İran mədəniyyətinin
qüvvətli təsiri altında olmasına, yəni Səlcuqlar
dövrünə aid olan mövcud ənənələrə sadiq ol-
mamasına baxmayaraq, Osmanlı türkləri sa-
ray və şəhər sənayesini özlərinə xas bir yolla
davam etdirmişlər. Uşak və Osmanlı xalçaları
ilə XIII-XIV əsrlərin xalçaları arasında zahiri
oxşarlıq yoxdur. Amma onların keçmişi inkar
etmədikləri də aşkardır. Onlar xovlu xalça-
ların toxuculuq qaydalarına sadiq qalmışlar.
Bəzən o qədər məşhur olan İran xalılarını
üstələmələrinin səbəbi də budur.
Şəkil 36
Şəkil 35
Şəkil 37
1...,121,122,123,124,125,126,127,128,129,130 132,133,134,135,136,137,138,139,140,141,...148