132
Qafqazda
toxuculuğun tarixi
Bu kitabda təsvir edilən xalçaların
deməkolar ki, hamısı XIXəsrə, yada XX
əsrin əvvəllərinə aiddir. Çünki kollek-
siyaçıların yalnız bu dövrdə əldə edib
toplaya bildikləri xalçalar üzə çıxarıla
bilib. Belə ki, onlar siyasət və sənayenin
milli sənəti məhv etməsindən və onu
dəhşətli
reproduksiya,
qeyri-real
təsvirlə əvəz etməsindən əvvəllərə aid,
neçə-neçə əsrləri adlayan incəsənətin
kulminasiya nöqtəsini təmsil edir. Bu-
nunla belə, təsvirlərin əsas hissəsinə
nəzər yetirdikdə onların ənənənin özü-
nü deyil, yalnız uzunömürlü ənənənin
sonunu təmsil etdiyini anlamaq vacib-
dir; bu günümüzə gəlib çıxan XVIII-
XVII və ola bilsin ki, XVI əsrə məxsus
müxtəlif Qafqaz xalçaları bu ənənənin
füsunkarlığının təcəssümüdür. Ona
görə qısa da olsa, qədim Qafqaz toxu-
culuğunun tarixinin burada yer alması
vacibdir. Qoy maraqlanan oxucu XIX
və XX əsrlərə məxsus kənd xalçaları-
nı münasib tarixi və estetik baxımdan
qiymətləndirə bilsin. Araşdırmaya ta-
rix və strukturla bağlı qeydlər də əlavə
olunub.
Erkən Qafqaz toxuculuğunun tarixi,
xüsusilə qarışıqdır. Onun necə çaşdırı-
cı olduğunun sadə bir göstəricisi “klas-
sik”Qafqaz xalçalarının ənməşhur qru-
pu olan “əjdaha” xalçalarının müxtəlif
müəlliflər tərəfindən XIII əsrdən baş-
lamış XVIII əsrə qədər aid edilməsi və
tarix baxımından bir-birindən çox uzaq
salınması faktıdır. Hazırkı mövqe on-
dan ibarətdir ki, ola bilsin onların çoxu
XVII əsrdən sonrakı dövrə aiddir. Buna
baxmayaraq, hələ də bu barədə ümumi
bir razılıq yoxdur və bu məsələyə qəti
aydınlıq gətirə biləcək tarix üzrə yeni
texnika kəşf edilməyincə belə bir fikrin
olması gözlənilmir.
Türk və İran xalça istehsalından
fərqli olaraq, Qafqaz xalçalarının ən il-
kin mövcud olmuş qruplardan əvvəlki
əsrlərdə necə görünməsi barədə,
demək olar ki, təsəvvür yoxdur. Buna
“əjdaha” xalılarını misal göstərmək
olar. Bu xalçaların ən ilkin nümunələri,
çox güman ki, XVI əsrin sonlarına
təsadüf edir. Əlbəttə ki, ən azından
eramızın I əsrindən Qara dənizdən tut-
muş Xəzər dənizinə qədər böyük bir
ərazidə məskunlaşan və ondan neçə
əsrlər əvvəl güclü çarlıqlar yaradan
ermənilər Qafqazda toxuculuqda ge-
niş rol oynayıblar
1
, baxmayaraq ki, bu,
hələ tam izah olunmayıb*. Burdan belə
bir mühakimə yürütmək olar ki, onlar
əjdaha xalçalarından yüz illər öncə to-
xuculuq ənənələrini inkişaf etdiriblər.
Amma erməni təsviri sənətində on-
ların xalçalarının necə görünüşə ma-
lik olduğunu təsəvvür etməyə imkan
verən bir neçə dəyərli göstəricilər var;
Yerevanda Matenadaran kitabxanasın-
dakı XI əsrə məxsus Mugni İncilində
(Gospel of Mugni) (The Annunciati-
on) miniatürü var. Burada Bakirə (Vir-
gin) öz ayaqlarını sadə qızılı yerliyə və
dörd nöqtəli, qırmızı kvadratlı və ya
mavi dairəli dördbucaqlılardan ibarət
haşiyələrə malik döşəkçənin üstünə
qoyub dincəldiyi halda təsvir edilib
2
.
Eyni toxuculuq üslubuna bir neçə
digər erməni miniatürlərinin erkən
formalarında da rast gəlinir. Bura
XIII əsrin ortalarına aid İncildə qeyd
olunduğu kimi şahzadə Smbat Kons-
tablın (Prince Sembat the Constable)
şərəfinə Kilikiyada edam edilmiş dörd
Yevangelist də daxildir
3
. Bütün son-
rakı şəkillərdə əvvəldə təsvir edilmiş
döşəkçə var və hamısı sadə yerliyə və
1
Ermənistanın tarixi və əhalisi ilə əlaqədar istinad edilir: David Marshall Lang`s Armenia, Cradle of
Civilization, London 1970 and 1978.
2
Matenadaran Library MS no. 7736. Reproduced in Lydia A. Durnovo, Armenian Miniatures, London
and Paris, 1961,p. 53
3
Matenadaran Library MS no. 7644. The miniatures of St. Luke and St. Matthew are reproduced in
Dournovo, op. cit.,pp. 96,97.
* İ.Bennet bura-
da Ermənistan və
ermənilər haqqında
səhvə yol verən
müəllifə istinad
edir və özü də
bu səhvin təsiri
altına düşərək,
həqiqəti təhrif edir.
Əvvəla, göstərilən
tarixi dövrdə
Azərbaycanın şimal
hissəsində Albaniya
dövləti (e.ə.IV-e.
VII əsrlərində
mövcud olmuşdur)
var idi. İkinci,
tarixi tədqiqatlarla
sübut olunmuş-
dur ki, Qafqazda
ümumiyyətlə
erməni dövləti ol-
mayıb, onlar bura-
da gəlmə xalqdır.
1...,124,125,126,127,128,129,130,131,132,133 135,136,137,138,139,140,141,142,143,144,...147