35
S
on otuz ildə çağdaş Azərbaycan xal­
ça­­çılı­ğını çox maraqlı əsərləri ilə
zənginləşdir­məkdə davam edən Eldar
Mikayılzadə yola saldığımız ildə iki yeni to-
xuculuq nümunəsini tamamlamışdır. Əgər
sənətkarın arxada qalan yaradıcılıq yoluna
ötəri nəzər salıb yaratdığı bir-birindən ecazkar
“Şəbi-hicran-1” (1981), “Nağıllar aləmi” (1983),
“Azərbaycanın poeziya və musiqi korifeyləri”
(1983-1984), “Xətai” (1990), “Xəmsə” (1991), “İs-
lam” (1992), “Təbriz” (1993), “Bürclər” (1994),
“Xilaskar” (1995-1997), “Üç din” (1998), “Səttar”
(1999), “Bismillahir-rəhmanir-rəhim” (2001),
“Üç peyğəmbər” (2003), “Şəbi-hicran-2” (2006),
“Yaranış” (2010) və s. nadir sənət nümunələrini
xatırlasaq, onda daim axtarışa meylli olan
ustadın ən tələbkar sənət xiridarlarını belə
heyrətləndirəcək xalçalar yaratmağa imkan
verən yaradıcılıq potensialına malik olduğunu
xüsusi vurğulamalıyıq. Onun son vaxtlar ərsəyə
gətirdiyi “Yaranış” (2010), eləcə də “Kəhkəşan”
və “Səttarın arzusu” (2012) xalçaları da bunun
təsdiqidir.
Toxunuşu iki il çəkən “Yaranış” xalçasının
ölçüsü 150x230 sm-dir. Mövzusuna və bədii
həllinə görə xalça sənətində oxşarı olmayan bu
sənət nümunəsinin sıxlığı 50x50-dir. Mürəkkəb
kompozisiyalı, çoxfiqurlu əsərin süjet xəttini
xalçanın yaranması təşkil edir. Özlüyündə çox
maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə
müəllif ona ilk dəfə xalçaçılığın özündə cəlbedici
və yaddaqalan bir bədii görkəm verməyə nail
olmuşdur.
Qeyd edək ki, Eldar Mikayılzadənin ilmə­
lərdən hördüyü “Yaranış nağılı” xalçanın aşağı
hissəsindən başlanır. Çobanın qoyun otarma-
sı, südün sağılması, nehrənin çalınması taleyi-
ni kəndə bağlamış azərbaycanlıların gündəlik
həyatının tərkib hissəsi olduğundan, görüntüyə
gətirilənlər bu səhnəni nə vaxtsa bircə dəfə
müşahidə edən hər kəsə çox duyğulandırıcı gö-
rünür. Yunun qırxılması, onun çayda yuyulub-
qurudulması, ardınca isə çırpılması, daranma-
sı və əyrilməsi səhnəsi toxunulacaq yeni xalça
üçün xammal hazırlığının növbəti mərhələsi
kimi kompozisiyaya daxil edilib. Növbəti
süjetdə təbii boyağın hazırlanması və ipin bo-
yadılmasından sonra qurudulmasının təsviri də
artıq toxucuların az sonra başlayacaqları ma-
1...,27,28,29,30,31,32,33,34,35,36 38,39,40,41,42,43,44,45,46,47,...147